Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan elektron imzanın transsərhəd tanınmasını tezləşdirmək niyyətindədir

Azərbaycan elektron imzanın transsərhəd tanınmasını tezləşdirmək niyyətindədir
Sakura

Azərbaycan elektron imzanın transsərhəd tanınmasını tezləşdirmək niyyətindədir

Danimarkanın paytaxtı Kopenhagen şəhərində Avropanın tətbiq və proqramlar üzrə ixtisaslaşan ən böyük tədqiqat təşkilatı "Fraunhofer”in reallaşdırdığı "Lightest” – "qlobal etibarlılıq” layihəsi çərçivəsində konfrans keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Danimarka Texniki Universitetində keçirilən bu konfransda ölkəmizi Nazirliyin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov və Milli Sertifikatlar Xidməti Mərkəzinin rəhbəri Arif Mailov təmsil ediblər.

Konfransda layihə çərçivəsində görüləcək işlərin cari vəziyyəti, gələcək işlər və təqdim olunma tarixləri, layihənin inkişafı barədə məlumatlar verilib. Bundan başqa Etik tələblər, Konsepsiyalar və Dəyərləndirmələr, Açıq Məlumatlar üçün Etimad Sxeminin Yaradılması və sair fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb.

MHM-in konfransda iştirakdan əsas gözləntiləri elektron imzanın transsərhəd tanınmasını reallaşdıracaq infrastrukturun qurulmasını tezləşdirməkdir. Həmçinin, elektron imzanın tətbiqi ilə daha səmərəli və etibarlı sosial xidmətlərin yaradılması üçün fikir mübadiləsi aparmaq, bu sahədə mövcud qlobal vəziyyətin araşdırılmasıdır.

Azərbaycan nümayəndə heyətinin bu konfransda iştirakı ölkəmizdə rəqəmsal inkişafa dəstək göstərəcək, Avropa ölkələri ilə bu istiqamətdə əməkdaşlığın möhkəmlənməsinə, təcrübə mübadiləsinə şərait yaradacaq.

Qeyd edək ki, Məlumat Hesablama Mərkəzi "Lightest” layihəsinin mütəxəssislərilə etibarlı tranzaksiyaların icrası ilə bağlı sıx əməkdaşlıq edir. Həmçinin Milli Sertifikatlar Xidməti Mərkəzinin rəhbəri Arif Mailov 2018-ci ildə Layihənin Məsləhət Şurasına üzvlüyə qəbul edilib.

"Lightest” layihəsi Avropa Birliyi ilə əlaqəsi olan bütün dövlət və özəl müəssisələr tərəfindən təqdim olunan xidmətlər üçün mühüm əhəmiyyətli həllər yaradır və elektron tranzaksiyalar zamanı saxta kimlikləri müəyyən etməyə kömək edir. Bu həll müxtəlif tətbiqlərin istifadə olunduğu platformalarda elektron imzanın təsdiqindən tutmuş, Elektron Satınalma, Elektron Ədliyyə, Elektron Səhiyyə və hüquqi sahələrdə "Əşyalar İnterneti” üzrə alətlərin, sensorların təsdiqinin etibarlığına zəmanət verir.

“Lightest” layihəsinin məqsədi qlobal domenlərarası etimad infrastrukturunun yaradılmasıdır. Bu infrastruktur xidmət təminatçılarına şəffaf və asan elektron əməliyyatlar təqdim etməyə şərait yaradır. Müxtəlif etimad orqanlarını sorğulayaraq identifikasiya, biznes və s. kimi aspektləri bir arada toplayıb domen yönümlü etimad qərarları tətbiq etmək mümkündür.

Avropa Birliyinə üzv dövlətlər arasında bütünləşmə, iqtisadi inteqrasiya “Lightest”in əhəmiyyətini daha da artırır.

Qeyd edək ki, "Lightest” – "qlobal etibarlılıq” layihəsi çərçivəsində işçi qrupunun görüşünün may ayında Bakıda keçirilməsi nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR