Slimfit
  1. ƏDƏBİYYAT

Azərbaycan ədəbiyyatı Belarusda təqdim olunub

Azərbaycan ədəbiyyatı Belarusda təqdim olunub
Sakura

Azərbaycan ədəbiyyatı Belarusda təqdim olunub

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ədəbiyyatımızın beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində Belarus dilində ərsəyə gətirdiyi “Müasir Azərbaycan ədəbiyyatı antologiyası – Poeziya” kitabı XXVI Minsk Beynəlxalq kitab sərgisində təqdim edilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Belarus Milli Kitabxanasında baş tutan tədbirdə kitaba daxil edilən şeirləri Belarus dilinə tərcümə etmiş tanınmış şair-tərcüməçilər – Naum Qalperoviç, Tatyana Sivets, Yuliya Aleyçenko və Valeriya Sarotnik çıxış edərək iki ölkənin ədəbi-mədəni əlaqələrinin inkişafından, xalqlararası anlaşmanın körpüsü olan bu mübadilələrin müstəsna əhəmiyyətindən danışıblar.

Sonra Belarusun məşhur qiraət ustası Nikolay Leonçik antologiyaya daxil edilmiş Azərbaycan şairlərinin şeirlərini söyləyib.

Tədbirin bədii hissəsində Azərbaycan milli rəqsi nümayiş olunub.

Qeyd edək ki, kitaba müasir Azərbaycan poeziyasının Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Əli Kərim, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Məmməd Araz, İsa İsmayılzadə, Ələkbər Salahzadə və digər bu kimi parlaq simaların şeirləri toplanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR