Dərc edildi: Baxış sayı: 521
Ermənistan Qərb strukturları, o cümlədən NATO ilə əlaqələrini dərinləşdirməlidir
Ermənistan Qərb strukturları, o cümlədən NATO ilə əlaqələrini dərinləşdirməlidir.
Axar.az xəbər verir ki, bunu Gümrüdə tərəfdarları qarşısında çıxışı zamanı Respublika Partiyasının sədri Aram Sərkisyan deyib.
“Biz gərək xarici siyasət münasibətlərimizi diversifikasiya edək, NATO ilə əməkdaşlığı dərinləşdirək. Azərbaycanın pilotsuz uçan aparatlarını vurmaq üçün bizə bilik lazımdır ki, bu da yalnız NATO ölkələrindədir. Əgər Ermənistan əvvəlki xarici siyasət kursunu davam etdirsə, o zaman Putinə məktub yaza və ondan Ermənistanı Rusiyanın bir vilayəti etməsini xahiş edə bilərik”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət