Slimfit
  1. CƏMİYYƏT

"Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə

"Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə
Sakura

"Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə

Zəlzələ zonasından təhlükəsiz daşınmağımız bir daha onu göstərdi ki, Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır.

Bunu Trend-ə açıqlamasında Türkiyədə zəlzələ zonasından Azərbaycana təxliyə edilən Türkiyənin Elazığ vilayətindəki Fırat Universitetinin tikinti mühəndisliyi fakultəsinin 3-cü kurs tələbəsi, azərbaycanlı tələbə Araz Zamani deyib.

Araz Zamani dəhşətli zəlzələnin şahidi olub: "Yanvarın 24-ü axşam saatlarında baş verən dəhşətli zəlzələnin qorxusu hələ də gözümüzün önündə getmir. Hər şey qəfil baş verdi. Küçəyə çıxdıq. Hamı qorxu içərisində idi. Səhərə qədər küçədə qaldıq. Türkiyəli tələbələrdən fərqli olaraq biz daha çox həyəcan keçirirdik. Qardaş ölkə olsa da, valideynimiz yanımızda yox idi. Bu, bizim üçün ikiqat həyəcan idi. Səhərə qədər küçədə dayandıq. Səhər açılanda heç kim qorxudan yaşadığı binaya, mənzilə daxil ola bilmirdi. Qorxurduq ki, yenidən zəlzələ olar. "Qizil Ay" yemək, su paylayırdı, çadırlar qurulurdu. Səhər qalmağa təhlükəsiz yer axtarırdıq. Amma Elazığda təhlükəsiz yer axtarmaq imkansız idi. Çarə başqa şəhərə getmək, müvəqqəti məskunlaşmaq idi. Zəlzələnin səhərisi gün, yanvarın 25-i xəbər gəldi ki, Azərbaycan Prezidenti, cənab İlham Əliyev Türkiyənin Elazığ vilayətində təhsil alan tələbələrin Azərbaycana təhlükəsiz təxliyəsi üçün xüsusi tapşırıq verib və cənab Prezident şəxsən bizi nəzarətə götürüb. Xaricdə təhsil alan, valideyni yaninda olmayan bir tələbə üçün bundan gözəl xəbər ola bilərmi? Bu xəbərdən sonra özümüzü evimizdə hiss etdik. O sevinci yaşamayan bilməz. Azərbaycanın Türkiyədəki Səfirliyi zəlzələ bölgəsindən təxliyə etmək üçün xüsusi avtobuslar ayırdı. Elazığ və Malatyadan olan tələbələr toplandı və bizi xüsusi avtobuslarla Naxçıvana gətirdilər. Yolboyu hər an bizi nəzarətə götürdülər. Azərbaycanın Türkiyədəki Səfirliyi hər an əlaqə saxlayır, Naxçıvana qədər təhlükəsizliyimiz barədə məlumat alırdı. Biz Naxçıvana çatanda artıq bizə təyyarə ayrılmışdı. Təyyarə ilə Bakıya gəldik".

A.Zamani deyir ki, zəlzələ zonasından təhlükəsiz daşınmağımız bir daha onu göstərdi ki, Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır. Azərbaycan dövləti, dünyanın harasında olursa-olsun, hər bir vətəndaşının yanında olmağını bacarır. Mən Azərbaycan dövlətinə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm. Mən artıq valideynimin yanında, evimdə sağ-salamatam. Var olsun Azərbaycan dövləti, var olsun Azərbaycan Prezidenti İlham Əliyev!"

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR