Slimfit
  1. CƏMİYYƏT

'Azərbaycan dilinin orfoqrafiya lüğəti' nəşrə göndərilib

'Azərbaycan dilinin orfoqrafiya lüğəti' nəşrə göndərilib
Sakura

'Azərbaycan dilinin orfoqrafiya lüğəti' nəşrə göndərilib

Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə göndərilib.

Bu barədə "Report"a açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, lüğət çap olunması üçün nəşriyyata təqdim edilib: “Bütün sözlər hərfbəhərf yoxlanılıb. Eyni zamanda Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarında yer alan bütün sözlər də lüğətdə qeyd olunub. Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" çap olunandan sonra ictimaiyyətə təqdim ediləcək".

Qeyd edək ki, bundan əvvəlki orfoqrafiya lüğətində olmayan, təxminən, 4000 yeni söz Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə daxil edilib. Bununla yanaşı, əvvəlki lüğətdə olan, təxminən, 1000 söz isə yeni lüğətə daxil edilməyib.

Xatırladaq ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti", təqribən, 5 ildən bir hazırlanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR