Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Azərbaycan dili imtahanının keçirilməsi qaydası dəyişib

Azərbaycan dili imtahanının keçirilməsi qaydası dəyişib
Sakura

Azərbaycan dili imtahanının keçirilməsi qaydası dəyişib

"Bu il buraxılış imtahanı zamanı Azərbaycan dili - Dövlət dili imtanında dinləyib, anlama bacarığını ləğv edib, daha qısa imtahan keçirdik".

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, gələn il üçün isə buraxılış imtahanında xarici dildən danışma qabilliyyətinin yoxlanılması nəzərdə tutulub: "Hələki biz bunu həyata keçirə bilməyəcəyik. Bunun üçün texniki və maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə gedəcək. Buna cəmiyyət də hazır olmalıdır".

M.Abbaszadə qeyd edib ki, hazırda təlim-tədris prosesində də müəyyən müsbət dəyişikliklər var: "Vəziyyətin dəyərləndirilməsi üçün monitorinq imtahanlarının keçirilməsi vacibdir. Təəssüf ki, bu il pandemiya ilə əlaqədar 5-6-7-8- ci siniflərdə də monitorinq imtahanları keçirə bilmədik".

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR