Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan dili

Azərbaycan dili
Sakura

Azərbaycan dili - Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir

Azərbaycan dili (Azərbaycanca, Azərbaycan Türkcəsi, tarixi adı: Türk dili və ya Türkcə)— Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilidir.Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir.

Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya ərazisində istifadə olunur.

Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:

  1. Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri
  2. Qərb dialekti-Qarabağ və Qarabağətrafı rayonların dialektləri
  3. Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
  4. Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri 

Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.

 

Qısa tarixi

Eyni zamanda yazı dili də olan Azərbaycan dili yazı dili ənənəsinə sahib olma baxımından Türk dili ilə paraleldir. Türkmən dili və qaqauz dilinin nisbətən daha gec yazı dili kimi formalaşmasına baxmayaraq Azərbaycan dili köklü bir yazı dili ənənəsinə malikdir.

 

Azərbaycan dilinin yaranması

Azərbaycan dilinin və xalqının təşəkkülü III–VII əsrlərdə baş vermiş, VII-VIII əsrlərdə başa çatmışdır. Bu zaman Azərbaycanda gedən dini mübarizə artıq sona yetmişdir. XI əsrdə Azərbaycan dili Qafqazda və qonşu ölkələrdə geniş inkişaf tapır. Azərbaycan dili türk dillərinin oğuz qrupuna daxildir. Yerli əhalinin əsas dili olan Azərbaycan dili XI əsrin ortalarında oğuz tayfaları dilinin güclü təsiri altında tam şəkildə formalaşmışdır. XII əsrdə ədəbi Azərbaycan dili təşəkkül tapdı. Şairlər fars və ərəb dilləri ilə yanaşı bu dildə də əsərlər yazırdılar. N.Cəfərov "Azərbaycan türkcəsinin milliləşməsi tarixi" əsərində "XI-XII əsrlərdən başlayaraq Azərbaycanda meydana çıxan möhtəşəm türk dövlətlərində rəsmi dil kimi ərəb, fars dilləri ilə yanaşı türkdən də istifadə olunduğunu" göstərir.

Səfəvilər dövlətində Azərbaycan türkcəsi sarayda və orduda hakim dil olmaqla imperiyanın ilk rəsmi dövlət dili idi. Rus alimi V.V.Bartold 1912-ci ildə yazırdı: "...xanədanın təşəkkül etdiyi yerdə Azərbaycan əhalisi türkcə danışırdı və nəticədə türkcə Səfəvilər dövlətində saray və ordu dili olaraq qaldı."

 

Azərbaycan dilinin iki dövrü haqqında

Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII (13-cü) əsrdən XVIII (18-ci) əsrə qədər olan dövrü, yeni adlandırıla bilən ikinci dövr isə XVIII (18-ci) əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.

Əski Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelində olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq (eşq təriqinin (yolunun) tərki), daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Digər sintaktik fərq kimi, birinci dövrdə budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr daha çox işləndiyi halda (kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm), yeni dövrdə bu tipdən olanların əvəzinə daha çox feli sifət tərkiblərinin işləndiyini görürük.

Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir. Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:

  1. ədəbi dilin təşəkkül mərhələsi XIII-XIV (13-14-cü) əsrlər
  2. klassik şeir dili mərhələsi XV-XVII (15-17-ci) əsrlər

İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:

  1. ədəbi dilin xəlqiləşməsi mərhələsi XVIII (18-ci) əsr,
  2. milli dilin yaranması və inkişafı mərhələsi XIX-XX (19-20-ci) əsrin əvvəli,
  3. müasir mərhələ XX (20-ci) əsrin 1-ci rübündən sonra).

 

Azərbaycan türkcəsinin rəsmi adı

Əsrlər boyu işğallar nəticəsində Azərbaycan dilinin adı dəyişdirilmişdir. Azərbaycan dili uzun müddət "türki", "türk dili", "Azərbaycan türkcəsi", bəzən isə "tatar dili", "Qafqaz tatarlarının dili" (xüsusən rus dilində yazılmış əsərlərdə) adlandırılmışdır

XX əsrin əvvəllərində ilk olaraq, Türk dillərini təsnifatlaşdıran tarixçi alimlərdən biri Armin Vamberi olmuşdur. Belə ki , onun 1908-ci ildə müəllifi olduğu "Dünya tarixçilərinin Dünya tarixi" adlı Londonda nəşr olunmuş çoxcildlik ensiklopediyanın 24-cü cildində Azərbaycan dili Türk dillərinin 3 qrupundan qərb qrupuna aid edilir və dialekt deyil , müstəqil dil kimi göstərilir.

1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili olması ilə bağlı dekret imzalayırlar. 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul olunur və oraya dövlət dili haqqında maddə salınmır. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur.

1936-cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Ancaq 1937-ci ilin aprel ayında qəbul olunun əsas qanunda dövlət dili haqqında heç bir qayda öz əksini tapmır. Ancaq Konstitusiyada xüsusi maddə olmasa da, 1936-cı ildən sonra bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili qeyd edilir.

1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasına aşağıdakı məzmunda maddə əlavə edilir: "Azərbaycanın dövlət dili Azərbaycan dilidir…"

Dövlət dilinə həsr edilmiş bütün iclaslarda demokratik şərait yaradıldığından müxtəlif fikirlər özünü göstərir:

  • Azərbaycan dilidir;
  • Türk dilidir;
  • Azərbaycan türk dilidir;
  • Azərbaycan türkcəsidir;
  • Türk dilləri ailəsinə daxil olan Azərbaycan dilidir.

Prezident Heydər Əliyevin çıxışından: "Gəlin türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türkdilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı var... Axı nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, Tatarıstan türküyəm"

Yenə həmin iclasda dövlət başçısı qeyd edir: "… taleyimiz belə gətirib ki, məsələn bizə tatar deyiblər. Amma biz tatar deyilik axı. Neçə illər bizə tatar deyiblər. Elə Həsən bəy Zərdabi də özünə tatar deyibdir, o birisilər də özlərinə tatar deyiblәr Bu Bakıda, Azərbaycanda bir belə azərbaycanlı ziyalı olduğu halda məktəblər açılmışdı – "russko-tatarskaya şkola"… Mən bununla sa­dəcə demək istəyirəm ki, bizim taleyimiz belə olubdur. Rusiyada bizə tatar deyiblər. Rusiyanın burada qubernatorları bizə tatar deyiblər. Ondan sonra 1918-ci ildən 1936-cı ilə qədər türk deyilib. 60 ildir biz "Azərbaycan dili", "azərbaycanlı" deyirik. İndi bəs nə edək? Bunlara cavab olmalıdır ki, bir qərar qəbul edək".

Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Həmin müzakirələr göstərdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz "türk dili" adlandırılmasının əleyhinədirlər. Buna səbəb isə:

  • iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi – Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir;
  • Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar (talışlar, tatlar, kürdlər, ləzgilər və s.) "Azərbaycan dili"nin "türk dili" adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək "xırda millətçilik" hisslərini qızışdırırlar;
  • "Azərbaycan dili" adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir.

 

Fonetik xüsusiyyətləri

Fonetik xüsusiyyətinə görə "ə" foneminin bütün pozisiyalarda işlənmə tezliyi ilə fərqlənir.

Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə, ö) və arxa sıra (ı, u, a, o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz ("işıq", "ildırım" kimi "i" saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxasıra, dilarxası saitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Azərbaycan dilinin fonem tərkibində 9 qısa (i, ü, e, ö, ə, a, o, u, ı), 6 uzun (i:, e:, ö:, ə:, a:, u:) sait var. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir.

Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma /ɑlˈmɑ/ (meyvə)– alma /ˈɑlmɑ/ (almaq).

Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.

 

Danışıq dili

Danışıq dili yazılış dilindən bəzi hallarda fərqlənə bilər, məsələn:

  • dəqiqə-dəyqə
  • səhifə-səyfə
  • sillə-şillə
  • şer-şeir
  • inək-inəy
  • və s.

 

Sintaktik xüsusiyyətləri

Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.

İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir.

Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var. Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.

Fellər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.

Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər cümlə üzvü sonda, təyin təyin etdiyi sözdən qabaqda gəlir.

Azərbaycan dilində sözyaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança, otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir.

 

Əlifbası

Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan türkçəsinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanıb. Səlcuq və osmanlı türkləri X (10-cu) əsrdən başlayaraq ərəb qrafikalı əlifbanı əsas tutmuş və bu əlifba ilə çoxlu dəyərli əsərlər yaratmışlar. Ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, təxminən XX (20) əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub və bu əlifbayla Azərbaycan tarixinin, ədəbiyyatının qiymətli əsərləri qələmə alınıb.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 1919-cu ildə Xudadad bəy Məlikaslanovun rəhbərliyi ilə latın əlifbasına keçmək üçün komissiya yaradılır. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur.

1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə olunsa da Azərbaycan Respublikası ərazisində 1929-1939-cu illərdə latın qrafikalı əlifbadan, 1939-1991-ci illərdə isə kiril əlifbasından istifadə olunub. 1991-ci ildən başlayaraq tədricən yenidən latın əlifbasına keçilib. Cənubi Azərbaycandayaşayan Azərbaycan türkləri isə ərəb əlifbasından istifadə edirlər.

Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.

Ərəb 
Cənubi Azərbaycanda (1929-cu ilə qədər həm də Şimali Azərbaycanda)
Latın 
(1929–1939) 
Şimali Azərbaycanda
Kiril 
(1939–1991) 
Şimali Azərbaycanda
Latın 
(1992-h.h.) 
Şimali Azərbaycanda
ا,آ A a А а A a
B b Б б B b
C c Ҹ ҹ C c
چ Ç ç Ч ч Ç ç
D d Д д D d
ائ،ئ E e Е е E e
 ,(کسره) Ə ə Ә ә Ə ə
F f Ф ф F f
گ G g Ҝ ҝ G g
Ƣ ƣ Ғ ғ Ğ ğ
, H h Һ һ H h
X x Х х X x
ی Ь ь Ы ы I ı
ی I i И и İ i
ژ Ƶ ƶ Ж ж J j
K k К к K k
Q q Г г Q q
L l Л л L l
M m М м M m
N n Н н N n
O o О о O o
Ɵ ɵ Ө ө Ö ö
پ P p П п P p
R r Р р R r
,, S s С с S s
Ş ş Ш ш Ş ş
, T t Т т T t
U u У у U u
Y y Ү ү Ü ü
V v В в V v
ی J j Ј ј Y y
,,, Z z З з Z z

 

 

Ərəb qrafikalı Azərbaycan əlifbası

Cənubi Azərbaycanda işlənən ərəb alifbası fars dilindən və Osmanlı türkcəsindən təsirlənib. Bu əlifba ərəb dilinə uyğun olsa da, Türk dil ailəsinə mənsub olan Azərbaycan dilinə səslərin çoxluğuna görə asas formada əlverişli deyil. Bu əlifbanın bərpası uğrunda müasir əsrimizdə bir neçə addım atılsada bu çalışmalar xalq içində yayılmayıbdır. Cənubi Azərbaycanda əhali fars dilində təhsil almağa məcbur olduqları üçün ərəb və fars sözlərilə orijinal diktə ilə tanışdırlar.

Hazırda İranda Azərbaycan türkəsi üçün işlədilən ərəb əlifbası ilə bağlı vəziyyət çox qarışıqdır. Cənubi Azərbaycan ziyalılarının latın əlifbasının daha münasib olduğunu qəbul etmələrinə baxmayaraq bu əlifbanın tətbiqinə dövlət tərəfindən qadağa və məhdudiyyətlər qoyulub. İranda Azərbaycan türkcəsində kitab və qəzetlər yalnız ərəb əlifbası ilə işıq üzü görür.

Ərəb əlifbasını bərpa etmə təşəbüslərinin biri Türk Dil Ortoqrafiya Seminarı tərəfindən həyata keçirilib. Bu seminar Doktor Cavad Heyətin başçılığıyla 2001-ci ilin oktyabrında Tehranda keçirilmişdir. Ərəb əlifbasında yazılan Azərbaycan türkcəsinin imlasında (yazılmasında) birlik yaratmaq Seminarın baş hədəfi seçilmişdir. Türk Dili Yazı Quralları ترک دیلی یازی قورالاری adlı qərarlar seminarın sonunda qəbul olunmuşdur.

Ərəb əlifbasında bəzi hərflərin forması kəlmə arasında harada gəlməsindən asılıdır. Bu hərflər kəlmə başında, sonunda və ortasındə dəyişir.

Aşağıdakı cədvəl, Ərəb əlifbası tərtibi ilə düzülüb və Latın əlifbasında yaxın olan qarşılıqları göstərir.

Azərbaycan dilində Ərəb və Latın əlifba qarşılıqları
Təkdə Əvvəldə Ortada Sonda Adı Latın Misal (latın) Misal (ərəb) Misal (farsca)
آ / ا əlif a / ə / o / ’ آچ
ﺒـ be b baba   بابا
پ ﭙـ پ pe p papaq پاپاق
ﺘـ te t Tat تات
ﺜـ se s saniyə ثانیه
ﺠـ jim j cib جیب
چ چـ ـچـ ـچ che ch çap   چاپ
ﺤـ he h hal حال
ﺨـ xe x xal خال
ﺪـ dal d dil دیل
ﺬـ zal z Azərbaycan آذربایجان / آزربایجان
ﺮـ re r rəng   رنگ
ﺰـ ze z zor   زور
ژ ـژ zhe zh Jalə   ژاله
ﺴـ ـﺲ sin s sal   سال
ﺸـ ـﺶ şin ş şirin   شیرین
ﺼـ ـﺺ sād s Səməd صمد
ﺿ ﻀـ ـﺾ zād z zərər ضرر
ﻄـ ـﻂ t təbil طبیل
ﻈـ ـﻆ z zahir ظاهیر/ ظاهر
ﻌـ ـﻊ əyn ə / ‘ əməl عمل
ﻐـ ـﻎ ğeyn ğ bağ   باغ
ﻔـ ـﻒ fe f fil   فیل
ﻘـ ـﻖ qaf q qələm قلم
ک ﮑـ ـﮏ kaf k kitab کیتاب / کتاب
گ ﮕـ ـﮓ gaf g gül   گل/گول
ﻠـ ـﻞ lam l lalə   لاله
ﻤـ ـم mim m mən   من
ﻨـ ـﻦ nun n naz   ناز
و ﻮـ vav v / o vilayət ولایت / ویلایت
ha h , ə hava , dədə هاوا , دده
ﻴـ ye y , i yaz یاز
- ئـ ـئـ - həmzə ı , e beş بئش

Bu hərflər özlərindən sonra heç bir hərfə vəsl olmazlar: آ،ا،د،ذ،ر،ز،ژ

 

Latın qrafikalı Azərbaycan əlifbası

Azərbaycan dilində Latın və Ərəb əlifba qarşılıqları
Latın Ərəb Təkcə Ərəb Başda Ərəb Ortada Ərəb Sonda Misal (latın) Misal (ərəb) Misal (farsca)
Aa آ / ا آ / ا al آل آزاد
Bb ﺒـ baş باش بنده
Cc ﺠـ can   جان
Çç چ چـ ـچـ ـچ çal چال چونکه
Dd د د د د diş دیش دوست
Ee ائ ائـ ئـ ئ sel 
el 
ev
سئل 
ائل 
ائو
Əə   ع / ا عـ/ ـَ ـه / ه əl 
sələ 
əmi
اَل 
سَله 
عمی
Ff ف فـ ـفـ ف fil   فیل
Gg گ گـ گـ گ göz گوز گل
Ğğ غ غـ غـ غ Ağır آغئر زغال، غوک
Hh ه / ح هـ / حـ هـ / حـ ـه / ح/ ه hərbə حربه هزار
Xx خ خـ خـ خ xahiş   خاهیش
ای /اێ ای /اێ ئـ/ێ ی/ێ mıx   میخ / مێخ
İi ای ایـ یـ ی diz دیز
Jj ژ ژ ژ ژ Jalə   ژاله
Kk ک کـ کـ ک Kitab کیتاب
Qq خ خـ خـ خ xahiş   خاهیش
Ll ل لـ لـ لـ lülə لوله
Mm م مـ مـ م muqam موقام
Nn ن نـ نـ نـ Nina نینا
Oo اوْ/او اوْ/او وْ/ و و/وْ Dolu دولو / دوْلو
Öö او / اؤ او / اؤ و/ؤ و/ؤ söz , özüm سوز / سؤز , اوزوم / اؤزوم
Pp پ پـ پـ پ pul   پول
Rr ر ر ر ر radar رادار
Ss ث/س/ص ثـ/سـ/صـ ثـ/سـ/صـ ث/س/ص səhifə

səggiz müsəlləs

صحیفه
سگگیز
مثلّث / موثللث
Şş خ خـ خـ خ xahiş   خاهیش
Tt ت/ط تـ/ط تـ/ط ت/ط tut 
təbil
توت 
طبیل
Uu او/اۇ او/اۇ و/ۇ و/ۇ uzun 
quzu
اوزون / اۇزون
قوزو / قۇزۇ
Üü او/اۆ او/اۆ و/ۆ و/ۆ üzüm
düz
اوزوم / اۆزۆم
دوز / دۆز
Vv و و و و vahid واحید
Yy ی یـ یـ ی yay یای
Zz ز/ض/ظ ز/ذ/ضـ/ظ ز/ذ/ضـ/ظ ز/ذ/ض/ظ zor
nəzir
zamin
münəzzəm

نذیر
ضامین
منظّم / مونظظم
زور

Yuxarıdakı cədvəldə səsli hərflərin həqiqi qarşılıqları Ərəb əlifbasında olmamağı aydınlıqla göstərilir

 

Azərbaycan dilinin söz ehtiyatı

2004-cü ildə çap edilmiş Azərbaycan dilinin orfoqrafiya lüğətində təqribən 70, yeni çap edilən son orfoqrafiya lüğətində isə 105 min söz vardır.

Erdem Konur'un etdiyi bir araşdırma nəticəsində; Türkiyə Türkcəsi ilə Azərbaycan Türkçesi'ndeki heyvan adları,% 37-si iki lehçede də yazılış və məna baxımından eynidir.% 25-i kiçik fərqlər içsə də, bu fərqlilik; sözləri anlaya bilməyəcək şəkildə deyil. % 33-ü, yazılış baxımından böyük fərqliliklər ehtiva etməkdədir.

 

Azərbaycan dilinin öyrənilməsi

  • Argentinanın La Plata Milli Universitetinin nəzdindəki Beynəlxalq Münasibətlər İnstitutunun Avraziya fakültəsində azərbaycanşünaslıq fakültəsi fəaliyyət göstərir.
  • Mərakeşdə Rabatdakı V Məhəmməd Universitetinin nəzdində Azərbaycan dili kursları fəaliyyət göstərəcək. Bu ərəb ölkələrində açılmış ilk belə bölmədir .
  • Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviriliyinin təşəbbüsü ilə Rus pravoslav kilsələrində "Azərbaycan dilini öyrənirik" layihəsinə başlayıb. Bakı şəhərinin bir neçə kilsəsində həftədə iki dəfə Azərbaycan dili dərsi keçiləcək. Kilsə əməkdaşlarının da qatıldığı bir neçə bölmədə fəaliyyət göstərəcək ödənişsiz kurslara ilkin mərhələdə 60-dan çox dinləyici yazılıb. Xüsusi müsabiqə yolu ilə ali və orta məktəblərin rus bölmələrindən seçilən müəllimlərin əmək haqları Bilik Fondu tərəfindən ödəniləcək.
Yeparxiya belə kursların Azərbaycanın digər bölgələrində - Gəncədə, Xaçmazda, Sumqayıtda fəaliyyət göstərən kilsələrdə də açılmasını təklif edib.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR