Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan deputatları Dumaya etiraz etdilər

Azərbaycan deputatları Dumaya etiraz etdilər
Sakura

Azərbaycan deputatları Dumaya etiraz etdilər

Milli Məclisin (MM) üzvləri oktyabrın 7-də bir qrup rusiyalı qadının işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Rusiya Dövlət Dumasının sədri və komitələrə etiraz müraciəti göndərib.

Oxu.Az-ın məlumatına görə, müraciəti Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Əli Hüseynli və “Azərbaycan Rus İcması”nın sədri Mixail Zabelin imzalayıb.

Qeyd edək ki, oktyabrın 7-də Ermənistanın keçmiş baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü “Qadınlar Sülh naminə” təşəbbüsü çərçivəsində Rusiyadan bir qrup qadın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Onların arasında Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, “Vera” beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesser də olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR