Slimfit
  1. İQTİSADİYYAT

“Azərbaycan Dəmir Yolları”nın sədri əhaliyə müraciət edib

“Azərbaycan Dəmir Yolları”nın sədri əhaliyə müraciət edib
Sakura

“Azərbaycan Dəmir Yolları”nın sədri əhaliyə müraciət edib

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri dəmir yolu xətlərinin yaxınlığında fərdi ev tikmiş və yaxud tikmək istəyən vətəndaşlara müraciət edib.

Report”un məlumatına görə, o deyib:

“Ev tikəndə elə yerdə tikin ki, həm təhlükəli olmasın, həm də sökülməli olmasın. Bəzən insanlar ev tikərkən məqsədəuyğun olmayan ərazilər seçir. Məsələn elektrik xətlərinin altında, dəmir yollarının yaxınlığında ev tikmək lazım deyil. Bu, ilk növbədə, həmin ailələrin öz təhlükəsizliyi baxımından doğru deyil. Elə Bakının “Şanxay” adlandırılan ərazisini götütək. Həmin ərazi təəssüf ki, ev tikilməsi üçün münasib deyil. Biz dəmir yollarının yaxınlığında olan evləri sökmək məcburiyyətində qaldıq. Bu addım insanların yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir. Artıq onlar daha yaxşı şəraitdə yaşayırlar. Sadəcə, bizim insanlarda qəribə xasiyyət var. Əvvəlcə şirkətlər onlarla danışır, razılaşırlar, amma bir misal var, “iştah diş altındadır” fikirləri dəyişir. Gəlib deyirlər ki, məsələn 10 kvadratmetrlik ərazi üçün mənə 10 min manat yox, 20 min manat ver və yaxud 20 min manat yox, 50 min manat ver. Oralarda qeyri-qanuni olaraq yerləşmiş əhali var. Amma biz onları əvvəlcə sənədləşdiririk, sonra çalışırıq ki, problemi həll edək. Bu məsələlərdən xəbərimiz var, çalışırıq, həll olunması istiqamətində layihələr hazırlanması gözlənilir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR