Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan daha bir ölkəyə fındıq ixrac edəcək

Azərbaycan daha bir ölkəyə fındıq ixrac edəcək
Sakura

Azərbaycan daha bir ölkəyə fındıq ixrac edəcək

Livan Azərbaycandan fındıq idxal edən ölkələr siyahısına daxil olub.
 
FED.az-ın məlumatına görə, bunu Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov bildirib.

İ.Orucovun sözlərinə görə, hazırda məhsul 20-dən çox ölkəyə ixrac olunur:
 
“2018-ci ildə fındıq daha çox Rusiyaya ixrac olunub. Bundan başqa, Avropa da Azərbaycan fındığının mühüm istehlakçısıdır. Gözlədiyimiz kimi, 2018-ci ildə fındıq istehsalı artsa da, türk lirəsinin dollara nisbətdə ucuzlaşması Azərbaycandan fındıq ixracının azalmasına səbəb oldu. Türkiyəli ixracatçılar tərəfindən fındığın daha aşağı qiymətlərlə təklif olunması, Azərbaycan məhsulunun rəqabətqabiliyyətliliyini azaltdı”.
 
Assosiasiya sədri bildirib ki, 2017-ci ilin son rübündə 14,5 min ton fındıq istehsal olunmuşdusa, 2018-ci ilin həmin dövründə ixracat həcmi 40 faizdən çox azalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR