Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan daha 3 dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir

Azərbaycan daha 3 dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
Sakura

Azərbaycan daha 3 dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (AXDG) yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanması, işçilərin təlimləndirilməsi, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində mühüm layihələr reallaşdırılır.

"Report" xəbər verir ki, bu barədə AXDG-nin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, "Columbia Shipmanagement Ltd” və Gəmiçilik arasında imzalanmış müqaviləyə əsasən, daha 3 gənc dənizçi sözügedən beynəlxalq şirkətin gəmilərində təcrübə üçün seçilib.

Onlardan biri – Emin Paşayev hazırda Dəniz Nəqliyyatı Donanmasında kapitanın III köməkçisi vəzifəsində çalışır, digər iki nəfər Pərviz Kərimli və Yusif Talıbov isə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının builki məzunlarıdır.

Səfərə çıxmazdan öncə dənizçilər AXDG-nin sədri Rauf Vəliyevlə görüşüblər. Sədr savadlı, peşəkar, beynəlxalq standartlara cavab verən bilik və bacarıqlara yiyələnmiş gənclərə Gəmiçilikdə hər zaman ehtiyac olduğunu deyib və onlara uğurlar arzulayıb. Gənclər Gəmiçiliyin rəhbərliyinə diqqət, qayğı və dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Emin Paşayev və Yusif Talıbov “Cape Tallin” (yükgötürmə qabiliyyəti – 42010, dedveyti – 73711 ton), Pərviz Kərimli “Cape Daly” (yükgötürmə qabiliyyəti – 8278 ton, dedveyti – 12755 ton) gəmilərində 3 ay təcrübə keçəcəklər. Bu müddətdə gənclər nüfuzlu gəmiçilik şirkətinin gəmilərində müxtəlif ölkələrin nümayəndələrindən ibarət heyətlə işləyəcəklər, daha böyük gəmilərin iş prinsipi ilə yaxından tanış olacaqlar, dünyanın iri limanlarına getmək imkanı qazanacaqlar.

Layihə çərçivəsində gənclərin seçim prosesi xüsusi meyarlar əsasında AXDG-nin və “Columbia Shipmanagement Ltd”-nin nümayəndələri tərəfindən aparılıb. Bu zaman iştirakçıların peşəkarlığı, işləmə prinsipi, xarici dil bilikləri və s əsas götürülüb.

“Columbia Shipmanagement Ltd” və AXDG arasında imzalanan müqaviləyə əsasən il ərzində 20 nəfərin bu layihədə iştirakı nəzərdə tutulub. Bundan öncə AXDG-nin iki əməkdaşı – Orxan Həsənov və Tural Əliyev layihədə iştiraklarını uğurla başa vurublar.

“Columbia Shipmanagement Ltd” 30 ildən artıq dənizdə insan həyatının mühafizəsi və müxtəlif təyinatlı gəmilərinin təhlükəsiz daşıma əməliyyatları, həmçinin gəmi heyətinin idarəedilməsi sahəsində faəliyyət göstərən aparıcı şirkətlərdən biridir. Dünyanın bir çox ölkəsində nümayəndəlikləri olan “Columbia Shipmanagement Ltd”-nin idarəçiliyində hazırda 1 500-dən çox gəmi var. Onlardan 500-ü şirkətin özünə, qalanları isə müxtəlif ölkələrin şirkətlərinə məxsusdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR