Dərc edildi: Baxış sayı: 512
Azərbaycan cüdoçusu beynəlxalq turnirdə bürünc medal qazanıb
Türkiyənin Antalya şəhərində cüdo üzrə beynəlxalq “Qran-Pri” yarışına start verilib.
AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə Azərbaycan millisi hesabına bir medal yazdırıb.
Qadınlar arasında 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Azərbaycan cüdoçusu üçüncü yer uğrunda görüşdə olimpiya çempionu, braziliyalı Sara Menezeşi məğlub edib.
Qeyd edək ki, Antalya “Qran-Prisi”ndə 75 ölkədən 485 (297 oğlan, 188 qız) cüdoçu mübarizə aparır. Beynəlxalq turnirə aprelin 7-də yekun vurulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət