Dərc edildi: Baxış sayı: 453
Azərbaycan cüdoçuları Rumıniyada 1 qızıl, 3 bürünc medal qazanıblar
Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib. Beynəlxalq turnirdə mübarizə aparan qadın cüdoçularımız uğurlu nəticə əldə ediblər.
"Report" xəbər verir ki, 52 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Daha 3 təmsilçimiz, Leyla Əliyeva, Ayşə Qurbanova (hər ikisi 48 kq), İçinxorloo Munxçedev (57 kq) Avropa kubokunun bürünc medalını qazanıb. 29 ölkədən 350 cüdoçunun mübarizə apardığı Kluj turnirinə iyunun 2-də yekun vurulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət