Slimfit
  1. İDMAN

Azərbaycan cüdoçuları ilin ilk beynəlxalq yarışında mübarizəyə başlayır

Azərbaycan cüdoçuları ilin ilk beynəlxalq yarışında mübarizəyə başlayır
Sakura

Azərbaycan cüdoçuları ilin ilk beynəlxalq yarışında mübarizəyə başlayır

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə ilin ilk beynəlxalq yarışı – Qran Pri start götürəcək.

Report” xəbər verir ki, turnirdə Azərbaycanı 12 kişi və 6 qadın tatami ustası təmsil edəcək. 

İlk yarış günündə onlardan 9-u qüvvəsini sınayacaq və hamısı mübarizəyə 1/16 finaldan başlayacaqlar. Kişilərin 60 kq çəki dərəcəsi üzrə mübarizəsində Rəşad Yelkiyevlə Rövşən Əliyev iştirak edəcək. Onlar ilk görüşlərində müvafiq olaraq israilli Alon Aharon və sloveniyalı Matyaj Trboviçlə qarşılaşacaq. 66 kq-da Orxan Səfərov türkmənistanlı Məhəmməd Kossekov, İbrahim Əliyev isə ABŞ idmançısı Koul Çandlerlə üz-üzə gələcək.

Qadınların yarışında 48 kq çəkidə yarışan Leyla Əliyevanın ilk rəqibi rumıniyalı Aleksandra Popdur. Eyni çəkidə yer alan Aişə Qurbanlı isə ispaniyalı Sinte Qarsiya Mesa ilə görüşəcək. 52 kq-da Gültac Məmmədəliyeva finlandiyalı Katri Kakko, Buyankişiq Purevsuren isveçrəli Fabienne Koxerlə qarşılaşacaq.

İçinxorlo Munxtsedev isə 57 kq çəkidə israilli Şaked Amihay ilə üz-üzə gələcək.

Qeyd edək ki, Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Murad Fətiyev (81 kq) yanvarın 25-də, Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kinderzka (+78 kq) isə ertəsi gün yarışacaq. Qran Pridə 53 ölkədən 379 idmançı mübarizə aparır. Turnirin mükafat fondu 100 min dollardır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR