Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan COP29 kimi dünya masştablı hərəkatın irəli aparılmasına liderlik edir - Xələf Xələfov

Azərbaycan COP29 kimi dünya masştablı hərəkatın irəli aparılmasına liderlik edir - Xələf Xələfov
Sakura

Azərbaycan COP29 kimi dünya masştablı hərəkatın irəli aparılmasına liderlik edir - Xələf Xələfov

Azərbaycan COP29 kimi dünya masştablı hərəkatın irəli aparılmasına liderlik edir.

Ens.az Trend -ə istinadən xəbər verir ki,bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov COP29 məkanında jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu, həm də şanlı siyasi tariximizdir.

"Eyni zamanda, bu, dünyada iqlim məsələlərinə, ekoloji durumun saxlanmasına, insan sağlamlığının təmin olunmasına töhfə verən böyük bir hərəkat və fəaliyyətdir.

Azərbaycan özünü dünyanın siyasi tarixinə salır və öz layiqli yerini tutur. Ona görə də düşünürəm ki, Azərbaycan belə bir mötəbər tədbirə layiqincə və uğurla ev sahibliyi edirsə, bu, xalqımızın qürur mənbəyidir və dövlətimiz üçün böyük bir fürsətdir", - deyə o əlavə edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

 

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR