Dərc edildi: Baxış sayı: 574
Azərbaycan çempionatında azarkeşlər meydana daxil olub, oyun yarımçıq dayandırılıb
AFFA İntizam Komitəsi U-15 liqasında çıxış edən "Binə" komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.
"Report" xəbər verir ki, buna klub azarkeşlərinin "Sabah"la səfər matçında meydana daxil olaraq rəqib komandaya hücum etmələri səbəb olub. Nəticədə oyun yarımçıq dayandırlıb.
Meydan sahibi kluba – “Sabah”a təhlükəsizliyi tam təmin etmədiyi üçün ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrar olunacağı təqdirdə kluba qarşı sanksiya tətbiq ediləcək.
Həmin görüşdə "Binə"dən Xəyal Ələkbərli və "Sabah"dan Əli Quliyev aqressiv davranışlarına görə birbaşa qırmızı vərəqə alıblar. Onların hər ikisinə 4 oyunluq cəza verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət