Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan çayları

Azərbaycan çayları
Sakura

Azərbaycan çayları

Azərbaycan çayları— Azərbaycan Respublikasıərazisindən axan çaylar.

Azərbaycan çaylarını aşağıdakı 3 əsas qrupa bölmək olar:

  • Azərbaycanın Kürhövzəsinə aid olan mərkəzi və qərb çayları;
  • Azərbaycanın bilavasitə orta Xəzərəaxan şimali-şərq çayları;
  • Bilavasitə Xəzər dənizinincənubuna axan cənubi-şərq çayları.

 

Ümumi məlumat

Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki, onların bütövlükdə ümumi uzunluğu 33665 km. təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir.

Azərbaycan ərazisindən axan ən iri çaylar Kür və Arazçaylarıdır.

Çayları bir-birindən fərqləndirən iki böyük qrupa bölmək olar: dağ çayları və düzənlik çayları.

 

Dağ çayları

Dağ çayları öz mənbəyini dəniz səviyyəsindən 2000-3500 m. hündürlükdə olan dağlardan götürür, öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirir, dərin dərələrlə axır və düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir, digərləri isə yerin altı ilə sızaraq itir, yaxud kiçik bataqlıqlar əmələ gətirirlər.

 

Düzənlik çayları

Düzənlik çayları başlıca olaraq maili düzənliklərdə, geniş Kür-Araz ovlaqlarında, dərə və vadilərdə yerləşir. Axınları əyri-üyrü və sakit olan bu çaylar öz məcralarını asanlıqla yuyaraq yataqlarını lilləndirirlər. Onların suyu kənar qatışıqlarla bir o qədər də zəngin deyil və hamısının mənsəbi vardır. Lakin Kür çayı ətrafı depressiyanın və dənizyanı qum təpələrinin yaranması nəticəsində bu çayların bir qismi kor arteriyaya çevrilir və mənsəbləri itir. Dayaz çayların qidalanması əsasən dağ çayları, bulaq və yerüstü suların hesabına həyata keçir. Dayaz çayların sonuncu növünü adətən qara su (sularının hədsiz minerallaşması nəticəsi olaraq) adlandırırlar ki, onların mövcud olması da, dağ çayları arteriyaları ilə olduqca bağlıdır.

 

Azərbaycan çaylarının siyahısı

1000 km-dən yuxarı

  • Kür, 1515 km
  • Araz, 1072 km

1000-100 km

  • Qanıxçay, 413 km
  • Qabırrıçay, 320 km
  • Samur çayı, 216 km
  • Anaxatır(Ehram və ya Xrami), 201 km
  • Tərtərçay, 200 km
  • Sumqayıtçay, 198 km
  • Kürəkçay, 186 km
  • Türyançay, 180 km
  • Bazarçay, 178 km
  • Bolqarçay, 163 km
  • Əyriçay, 135 km
  • Ağstafaçay, 133 km
  • Arpaçay, 126 km
  • Xaçınçay, 119 km
  • Pirsaatçay, 119 km
  • Göyçay, 115 km
  • Qarqarçay, 115 km
  • Viləşçay, 115 km
  • Həkəriçay, 113 km
  • Qudyalçay, 108 km
  • Qusarçay, 108 km
  • Ceyrankeçməzçay, 100 km

 

100-50 km

  • Gəncəçay, 99 km
  • Gilançay, 99 km
  • Əlicançay, 98 km
  • Vəlvələçay, 98 km
  • Şəmkirçay, 95 km
  • Qaraçay, 93 km (Quba və Xaçmaz)
  • Zəyəmçay, 90 km
  • Köndələnçay, 89 km
  • Girdimançay, 88 km
  • Ağsuçay, 85 km
  • Oxçuçay, 85 km
  • Ləkərçay, 84 km
  • İncəçay, 83 km (Ağdərə, Tərtər və Yevlax)
  • Quruçay, 82 km (Xocavand və Füzuli)
  • Lənkərançay, 82 km
  • Gorançay, 81 km
  • Naxçıvançay, 81 km
  • Quruçay, 77 km (Quba və Xaçmaz)
  • Axıncaçay, 76 km
  • Qoşqarçay, 76 km
  • Gilgilçay, 72 km
  • Həsənsuçay, 71 km
  • Dəmiraparançay, 69 km
  • Ağçay, 68 km
  • Çikilçay, 68 km
  • Çağacıqçay, 65 km
  • Bala Kür, 63 km
  • Hocazsuçay, 63 km
  • Əlincəçay, 62 km
  • Xonaşençay, 62 km
  • Coğazçay, 60 km
  • Cəyirçay, 58 km
  • Muxaxçay, 56 km
  • Tikanliçay, 56 km
  • Kürmükçay, 55 km
  • Katexçay, 54 km
  • Şabrançay, 62 km
  • Künkütçay, 52 km
  • Bumçay, 51 km
  • İncəçay, 51 km (Cəbrayıl)
  • Zabuxçay, 51 km
  • Göytəpəçay, 50 km
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR