Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan bu ölkə ilə birgə dərman istehsal edəcək

Azərbaycan bu ölkə ilə birgə dərman istehsal edəcək
Sakura

Azərbaycan bu ölkə ilə birgə dərman istehsal edəcək

Dekabrın 9-da Pirallahı Sənaye Parkında “AzPharm” şirkəti ilə birgə təşkil edilən, Azərbaycan İnvestisiya Şirkəti və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “R-Pharm” şirkətlər qrupunun yeni istehsal kompleksi istifadəyə verilib.

Axar.az xəbər verir ki, istehsal sahəsinin açılışı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının işçi qrupunun iştirakı ilə baş tutub. Açılış mərasimində Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkin, İqtisadiyyat naziri Mikayıl Cabbarov, “R-Pharm” Direktorlar Şurasının sədri Alexey Repik və digər rəsmi şəxslər iştirak ediblər.

Bakıda fəaliyyət göstərən “R-Pharm” sənaye kompleksində onkoloji, göbələk əleyhinə, virusəleyhinə dərmanların, o cümlədən HİV infeksiyasının, hepatitin, sinir, əsəb, ürək-damar, sümük-əzələ, tənəffüs sistemi xəstəliklərinin müalicəsi üçün dərmanların və antibiotiklərin istehsalı planlaşdırılır. Sənaye kompleksində, həmçinin şəkərli diabet, rentgenkontrast və maqnit rezonans müayinələri üçün vasitələrin və maddələrin istehsalı da planlaşdırılır. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksi olacaq.

“R-Pharm” əczaçılıq kompleksi MDB məkanında ən müasir istehsal sahələrindən birinə çevriləcək. Ən müasir avadanlıqla təchiz olunmuş istehsal müəssisəsinin sahəsi 4,6 hektardır. Kompleks 300-dən çox insanı iş yeri ilə təmin etməklə, kapsul, blister və flakon istehsalı üzrə ixtisaslaşacaq.

Mərasim iştirakçılar tədbirin Rusiya-Azərbaycan əlaqələrinin inkişafı baxımından əhəmiyyətini qeyd etməklə, bu zavodun nəinki Azərbaycanda, həm də bütün Yaxın Şərqdə xəstələrin əlverişli müasir dərman vasitələri ilə təmin edilməsi baxımından unikallığını və əhəmiyyətini qeyd ediblər.

Sonra nümayəndə heyəti və jurnalistlər yeni zavodla tanış olublar. Laboratoriya avadanlığı, istehsal xətləri, həmçinin müəssisədə buraxılması planlaşdırılan dərman preparatlarının nümunələrini nümayiş etdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR