Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan-Britaniya Kollecində yeni tədris ili açıq elan edilib

Azərbaycan-Britaniya Kollecində yeni tədris ili açıq elan edilib
Sakura

Azərbaycan-Britaniya Kollecində yeni tədris ili açıq elan edilib

Bu gün Azərbaycan-Britaniya Kollecində (ABC) yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. 

Report”un məlumatına görə, tədbiri giriş sözü ilə SOCAR-ın vitse-prezidenti, kollecin İdarə Heyətinin sədri Xalik Məmmədov açıb. 

O, müəllim və şagirdləri təbrik edərək yeni tədris ilini açıq elan edib. 

Sonra çıxış edən ABC-nin yeni direktoru İan Mccutcheon məzunların uğurlarından və bu akademik ildə baş verəcək yeniliklərdən bəhs edib. O bildirib ki, kollecin məzunları dünyanın ən nüfuzlu universitetlərinə (Oksford, Loughborough, Calgary) qəbul olunublar, bundan əlavə şagirdlər “Chekpoint” imtahanlarından Riyaziyyat, İngilis dili və Təbiət elmləri fənnlərində dünya üzrə orta göstəricini keçməkdə davam edirlər.

Direktorun sözlərinə görə, ibtidai sinif şagirdləri ingilis dili fənnindən ən yüksək nəticə göstərib, ötən il bu rəqəmi 4,4 baldan 4,6 bala çatdırıb. Orta məktəbin aşağı siniflərində isə bu göstərici 4,9 bal olub. 

“Bu il akademik sferada yenilik baş verəcək. Belə ki, ilk dəfə olaraq 10-cu sinif şagirdlərimizə Təsviri incəsənət, Musiqi, Alman dili və Qlobal Perspektivlər fənlərindən beynəlxalq ixtisaslaşmaya sahib olmaq imkanı veriləcək. Bu fənlərin təqdim olunması şagirdlərin seçimini genişləndirir və bu da bizə şagirdlərimizi istedad və maraq dairələrinə uyğun təhsillə təmin etməyə kömək edir”, - o deyib. 

Daha sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, valideynlərdən Milli Məclisin deputatı Hüseynbala Mirələmov çıxış edərək ilk dərs günü münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıblar.

R. Abdullayev bildirib ki, bu kollecdə ən yüksək səviyyədə bilik veriləcək. O, müəllimlərə çiçəklənən Azərbaycanın yeni vətəndaşlarının bilikli və bacarıqlı böyüdülməsində uğurlar arzulayıb.

ABC 2012-ci ildən fəaliyyətə başlayıb, hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla, 25 müxtəlif ölkədən olan 760 şagirdə xidmət göstərməkdədir. Burada İngiltərə Milli Kurrikulumunu 30 əcnəbi və 50 yerli müəllim tədris edir. Təhsil Nazirliyinin tələbinə uyğun olaraq, əlavə dərslər kimi Azərbaycan dili, ədəbiyyat və tarix fənnləri də kurrikuluma daxil edilib.

Beynəlxalq Məktəblər Şurası və Beynəlxalq Britaniya Məktəblər Şurası kimi mötəbər beynəlxalq akkreditasiya qurumlarına üzv olan ABC, həmçinin “Kembric Beynəlxalq İmtahanlar” və “Edeksel” kimi tanınmış imtahan mərkəzlərindən lisenziya alaraq 2016-2017-ci tədris ilinin sonunda öz tarixində ilk dəfə beynəlxalq imtahanlar təşkil edib. ABC Kembric Beynəlxalq İmtahan Mərkəzinin keçirdiyi beynəlxalq IGCSE imtahanlarında göstərdiyi yüksək nəticələrə görə xüsusi olaraq fərqlənir.

Məktəbin şagirdləri 2017-ci ildən beynəlxalq olimpiadalarda iştirak edərək müxtəlif medallara layiq görülüb. Məktəbin məzunları Oksford universitetinin, Çexiyanın nüfuzlu Çarles universitetinin, İngiltərənin Lafboro universitetinin, Kanadanın Kalqari universitetinin tələbəsi adını qazanıblar.

Valideyn müəllim kommunikasiya əlaqələrinin gücləndirilməsi məqsədi ilə yeni tədris ilindən ABC-də iSAMS Məktəb İnformasiya İdarəetmə Sistemi tətbiq olunmağa başlayıb.

ABC-nin şagirdləri artıq 3 ildir ki, SOCAR təqaüd proqramından yararlanırlar və bu müddət ərzində 80-dən çox şagird yüksək nəticələr göstərərək SOCAR-ın təqaüdünü ala biliblər.

Eyni zamanda, hər il məktəbdə çalışan yerli müəllimlər kollecin hesabına Böyük Britaniyadakı Nottinqam Universitetinin ixtisasartırma kurslarına göndərilir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR