Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək

Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Sakura

Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək

Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sayca beşinci iclası bu ilin 6-7 noyabr tarixlərində Sofiya şəhərində keçiriləcək.

Bu barədə “Report”a Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirliyindən bildiriblər.

Həmsədrləri Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Temenujka Petkova və Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov olan komissiyanın iclasında enerji, kənd təsərrüfatı, nəqliyyat, əczaçılıq, qida sənayesi, İKT və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan təbii qazının Bolqarıstan ərazisi ilə üçüncü ölkələrə nəqli məsələsi də gündəmdə olacaq.

İclasda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə Bolqarıstan Kənd Təsərrüfatı Akademiyası arasında sazişin, Sumqayıt Kimya Sənaye Parkı ilə Bolqarıstan Milli Sənaye Əraziləri Şirkəti arasında anlaşma memorandumunun da imzalanacağı gözlənilir. Bununla yanaşı, noyabrın 7-də komissiyanın iclası çərçivəsində ikitərəfli biznes forumu keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR