Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan BOKT-ları kredit kartı buraxa biləcək

Azərbaycan BOKT-ları kredit kartı buraxa biləcək
Sakura

Azərbaycan BOKT-ları kredit kartı buraxa biləcək

Azərbaycanda bankolmayan kredit təşkilatlarına (BOKT) kredit kartlarının emissiyası hüququnun verilməsi təklif olunur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında - maliyyə sektoru ilə bağlı qanun layihərinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, qanun layihələri ölkə prezidentinin 28 noyabr 2019-cu il tarixli “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq hazırlanıb: "Sənədlərə əsasən, maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Azərbaycan Mərkəzi Bankına verilir. Qanun layihələrinin hazırlanmasında beynəlxalq təcrübədən, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun tövsiyyələrindən istifadə edilib.

BOKT-lar üçün yeniliklərdən biri də maliyyə dayanıqlılığının artırılması üçün prudensial tələblərin müəyyənləşməsidir. Belə ki, kredit riskinin maksimum məbləği, kapitalın minimum miqdarı, öhdəliklərin kapitala nisbəti və s. müəyyən ediləcək", - deyə o qeyd edib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR