Dərc edildi: Baxış sayı: 528
Azərbaycan banklarının xalis mənfəəti 25 %-dən çox azalıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 73,1 milyon manat xalis mənfəət əldə edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 % azdır.
İki ay ərzində bankların əməliyyat gəlirləri 429,7 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 3,2 % az), əməliyyat xərcləri 280,7 milyon manat (1,9 % az), xüsusi ehtiyatlara ayırmaları 59,7 milyon manat (42,5 % az), mənfəət vergisi ödəmələri isə 16,2 milyon manat (9,5 % az) təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət