Dərc edildi: Baxış sayı: 538
Azərbaycan banklarının valyutaya olan tələbi artıb
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə keçirilmiş valyuta hərracındakı tələb ötən gün keçirilmiş hərracın tələbi ilə müqayisədə 65,8 mln. ABŞ dollar və ya 42,4% artaraq 220,8 mln. dollar təşkil edib. Ötən gün bankların valyutaya olan tələbi 155 mln. dollar olub.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı həmçinin bankların nağd valyutaya olan tələbləri də tam təmin olunub.
Qeyd edək ki, bu göstərici martın 10-da keçirilmiş valyuta hərracında formalaşmış tələbdən 102,4 mln. ABŞ dolları və ya 32% az olub.
Xatırladaq ki, son 3 gün ərzində banklar AMB-nin hərracları çərçivəsində 699 mln. dollar əldə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət