Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan bankları 2 dəfə çox vergi ödədi, mənfəəti düşdü - Rəsmi

Azərbaycan bankları 2 dəfə çox vergi ödədi, mənfəəti düşdü - Rəsmi
Sakura

Azərbaycan bankları 2 dəfə çox vergi ödədi, mənfəəti düşdü - Rəsmi

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 42,6 milyon manat xalis mənfəət götürüb.

Oxu.Az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51% və yaxud təxminən 2 dəfə azdır. Buna səbəb isə mənfəət vergisi ödəmələrinin 5,3 milyon manat, yəni 2,8 dəfə çox olmasıdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistikaya görə, bu ilin ilk ayında Azərbaycan banklarının faiz gəlirləri 10,3% artdığı halda, faiz xərcləri 3,35% azalıb. Eyni zamanda qeyri-faiz gəlirləri 71,%, qeyri-faiz xərcləri isə 18% artıb.

Tənzimləyici qurumun da tələbini nəzərə alan banklar aktivləri üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 39,3 milyon manat ayırıblar. 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR