Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 112 yol texnikası və maşın-mexanizm verilib
Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq Sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) istismarına 112 adda yol texnikası və maşın-mexanizmlər verilib.
AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar sentyabrın 5-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sözügedən texnikaların təhvil verilməsinə dair mərasim keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov iki ölkə arasında olan yaxın münasibətlərdən danışıb və son illər ərzində texniki yardımlar çərçivəsində Çindən yol təsərrüfatında istifadə edilən 239 adda maşın-mexanizm və texnika alındığını bildirib.
S.Məmmədov yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan bu texnikaların Azərbaycana verilməsini hər iki dövlət arasındakı dostluq və strateji əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Çinin ölkəmizdəki Vey Cinhua ölkələrimiz arasında dostluq münasibətlərdən söz açıb və bu il ərzində Çindən Azərbaycana 100-dən çox yol istismarı, təmiri və tikinti texnikalarının çatdırıldığını, bu cür texniki yardımların qardaş və dost ölkə olan Azərbaycana növbəti illərdə də davam etdiriləcəyini deyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov və Çinin ölkəmizdəki səfiri Vey Cinhua tərəfindən təhvil-təslim aktını imzalayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət