Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunub

Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunub
Sakura

Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunub

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasında bir çox istiqamətlər üzrə mövcud olan qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinə dair, o cümlədən yeni ikitərəfli Saziş üzrə danışıqlar, tərəfdaşlıq prioritetləri, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq perspektivləri və s. mövzular üzrə ətraflı fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı durumu, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Xarici İşlər nazirləri səviyyəsində keçirilmiş son görüşlər, eləcə də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat əməlləri ilə bağlı Aİ komissarını məlumatlandırıb. Bölgədə dayanıqlı sülhün və davamlı inkişafın təmin olunması üçün münaqişənin həlli və ölkələrin bir-birlərinin beynəlxalq tanınmış sərhədlərinə hörmətlə yanaşmasının vacib olduğu vurğulanıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR