Slimfit
  1. İDMAN

Azərbaycan Avropa çempionatının ilk günündə üç medal qazandı

Azərbaycan Avropa çempionatının ilk günündə üç medal qazandı
Sakura

Azərbaycan Avropa çempionatının ilk günündə üç medal qazandı

Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamız Danimarkanın Albo şəhərində keçirilən növbəti Avropa çempionatında mübarizəyə başlayıb.

Oxu.Az xəbər verir ki, qitə çempionatının ilk günü bütün yaş qruplarında kata və 14-15 yaşlı yeniyetmələrdə -52, -57, -63, -70 və +70 kq oğlanlar, eləcə də -47, -54 və +54 kq qızların kumite yarışlarının nəticələri məlum olub.

Azərbaycan ilk gündə üç medal qazanıb. Kumite yarışlarında Hüseyn Məmmədli (-57 kq) bürünc medal uğrunda görüşdə italiyalı Yakopo Botossoya, Tale Yaqubov (-63 kq) isə finalda ukraynalı Leon Qayduka qalib gəlib.

Həmçinin kata millimizin aparıcı üzvü Roman Heydərov 18-21 yaşlı gənclər arasında mübarizədən qalib ayrılıb. O, Avropa çempionu olub.
  
Qeyd edək ki, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclərdə isə 11-ci olan qitə çempionatında 51 ölkədən 1092 idmançı iştirak edir. Hələ ki 19 ölkənin idmançıları medal qazana bilib. İlk günün göstəricisinə görə, Azərbaycan Türkiyədən sonra ikinci olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR