Slimfit
  1. DÜNYA

Azərbaycan aviaşirkətləri İran üzərindən uçuşları davam etdirəcək

Azərbaycan aviaşirkətləri İran üzərindən uçuşları davam etdirəcək
Sakura

Azərbaycan aviaşirkətləri İran üzərindən uçuşları davam etdirəcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Buta Airways" aviaşirkətləri hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, o cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, bu gün göyərtəsində 180 sərnişin olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.

Xatırladaq ki, Yaxın Şərqdə gərginləşən vəziyyətlə əlaqədar bəzi aviaşirkətlər İran və İraq üzərindən uçuşları dayandırıb. Bunların arasında "Air France", "Lufthansa", "Singapore Airlines", "EVA Air", "Malaysia Airlines", "Vietnam Airlines", "Qantas", "Air Astana" var. Həmçinin, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi isə Rusiya aviaşirkətlərinə İran və İraq üzərindən uçuşları həyata keçirməməyi tövsiyə edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Tehran yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin məxsus olduğu Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkəti Tehrana uçuşların qeyri-müəyyən müddətə təxirə saldığını açıqlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR