Slimfit
  1. SİYASƏT

Azərbaycan AŞPA-da Rusiya nümayəndə heyətinin hüquqlarının bərpa edilməsinə səs verdi

Azərbaycan AŞPA-da Rusiya nümayəndə heyətinin hüquqlarının bərpa edilməsinə səs verdi
Sakura

Azərbaycan AŞPA-da Rusiya nümayəndə heyətinin hüquqlarının bərpa edilməsinə səs verdi

Avropa Şurasının Parlament Assambleyasında təmsil olunan milli nümayəndə heyətlərinin yarıdan çoxu Rusiya nümayəndə heyətinin qurumda səlahiyyətlərinin bərpa edilməsinə səs verib.

TASS agentliyi xəbər verir ki, bu barədə AŞPA-nın rəsmi saytında məlumat dərc edilib.

Beləliklə, 33 nümayəndə heyətindən 18-i Rusiya Federasiyasından olan həmkarlarına dəstək veriblər. Bu ölkələrin ardıcıllığını təqdim edirik: Almaniya, İtaliya, Avstriya, İsveçrə, Kipr, Finlandiya, Fransa, İslandiya, Lüksemburq, Norveç, Serbiya, Azərbaycan, Ermənistandır. 

San-Marino, Yunanıstan, Monako, Andorra və Belçikadan olan nümayəndə həyəti də yuxarıda adıçəkilən ölkələrin parlament üzvləri ilə həmrəylik nümayiş etdiriblər.

Çexiya, İspaniya, Moldova, Hollandiya, Slovakiya və Böyük Britaniya nümayəndə heyətlərinin fikirləri isə haçalanıb. Türkiyədən olan əksər deputatlar rusiyalı parlamentarilərin qurumda səlahiyyətlərinin bərpa edilməsinə səs veriblər.

Bütövlükdə Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin bərpa edilməsinə 96 deputat dəstək olub, 44 nəfər əleyhinə, yeddi nümayəndə isə səsvermədə iştirak etməyib.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR