Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Asiya Parlament Assambleyası dövlətlərinin onlayn iclasını çağırmaq təşəbbüsü ilə çıxış edib

Azərbaycan Asiya Parlament Assambleyası dövlətlərinin onlayn iclasını çağırmaq təşəbbüsü ilə çıxış edib
Sakura

Azərbaycan Asiya Parlament Assambleyası dövlətlərinin onlayn iclasını çağırmaq təşəbbüsü ilə çıxış edib

Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyəti təşkilata üzv ölkələrə Covid-19 la mübarizədə birgə səylərin gücləndirilməsinə dair müraciət göndərib.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,Azərbaycanın Asiya Parlament Asambleyasında nümayəndə heyətinin rəhbəri rəhbəri Qənirə Paşayevanın göndərdiyi müraciət təşkilatın baş katibliyi vasitəsi ilə bütün üzv ölkələrə göndərilib.

Sənəddə Azərbaycanın Covid-19-la mübarizəsi, dövlət başımızın bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişlənməsi istiqamətində gördüyü işlər vurğulanmaqla yanaşı, Asiya Parlament Assambleyasına çağırış da öz əksini tapıb. Müraciətdə qeyd olunub ki, Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz və zəruri tədbirlər görüb. Prezident İlham Əliyevin ilin əvvəlində verdiyi sərəncamdan sonra Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb: “Pandemiya zamanı bizim üçün əsas prioritet insanların sağlamlığının qorunması və sosial müdafiəsidir. Ölkə daxilində keçirilməsi nəzərdə tutulan bütün ictimai tədbirlər təxirə salındı və ya ləğv edildi. Martın 3-dən etibarən ölkənin bütün təhsil müəssisələrində tədris tədricən dayandırıldı. Soydaşlarımızı geri qaytarmaq üçün çarter reyslərindən başqa bütün quru və hava sərhədlərini dərhal bağladıq. Ümumilikdə 20 mindən çox Azərbaycan vətəndaşı vətənlərinə qaytarıldı. Martın 14-də ölkədə bir sıra sosial distansiya tədbirləri də daxil olmaqla xüsusi rejim tətbiq olundu. Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının mənfi nəticələrinin azaldılması üçün bir sıra tədbirlər haqqında fərmanı imzalayıb. Bu tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Əvvəlcə koronavirusla mübarizənin effektivliyini artırmaq üçün Fonda Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ayrılıb. Bundan əlavə, Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva illik maaşlarını fonda bağışlayıblar. Qısa müddət ərzində 20-dən çox xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Laboratoriya müayinələri, virusun diaqnozu və müalicəsi üçün lazım olan bəzi tibbi avadanlıq və ləvazimatlar Azərbaycana gətirildi. Ölkədə 23 sınaq laboratoriyası fəaliyyət göstərir. Bu günə qədər 340 mindən çox test keçirilib. Bundan əlavə, bu dövrdə Bakıda "Yeni Klinika" tibb müəssisəsi və ilk modul tipli xəstəxana kompleksi istifadəyə verilib”.

Müraciətdə  vurğulanıb ki, COVID-19-u qarşılıqlı dəstəklə, özümüzə qapanmadan və yalnız birgə səylərlə məğlub edə bilərik: “BMT baş katibi António Guterresin koronavirusla mübarizəyə dair qlobal humanitar cavab planı barədə açıqlamasını, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul edilməsini və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı vacib rolu təqdir edirik. Pandemiyanın ilk günlərindən ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olub. Ümumdünya Səhiyyə Təşkilatına görə, Azərbaycan pandemiyaya qarşı mübarizədə model ölkələrdən biri hesab olunub. Pandemiyadan zərər çəkən iqtisadiyyatın sektorlarını, işsizləri, iş yerlərini itirənləri, aztəminatlı insanları və hətta qeyri-rəsmi işlə məşğul olanları dəstəkləmək üçün də böyük vəsait (3 milyard manatdan çox vəsait) ayırdıq. Azərbaycan dünyadakı yeni vəziyyətə tez və adekvat reaksiya verdi. Bunu Azərbaycanın təşəbbüsü ilə Koronavirusa qarşı Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə toplantısı da sübut edir. Yüksək səviyyəli görüşdə Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi altında edilən səylərə toxunuldu və beynəlxalq əməkdaşlığın bilik mübadiləsi və ən yaxşı təcrübələri tətbiq etməklə pandemiyanı idarə etmək, aradan qaldırmaq və məğlub etmək çağırışı ilə başa çatdı. Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırda Prezidentliyini həyata keçirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısı keçirildi. Bu Sammit, həmçinin üzv ölkələrdə COVID-19-u məğlub etmək üçün davam edən səylərə həsr olunub. "Hamımız bir yerdəyik" beynəlxalq səylərinə qoşulmaqda olan Azərbaycan 13 ölkəyə və 3 beynəlxalq təşkilata dezinfeksiyaedici maddələr, qoruyucu vasitələr, tibbi maskalar və digər zəruri avadanlıqlar göndərərək kömək edib Azərbaycan koronavirusla mübarizə üçün ÜST-ə 5 milyon ABŞ dolları və Qoşulmama Hərəkatının üzv ölkələrindən ən çox yardıma ehtiyacı olan ölkələrə dəstək vermək üçün əlavə 5 milyon ABŞ dolları, bundan başqa İrana 5 milyon ABŞ dolları, Pakistana 1 milyon ABŞ dolları humanitar yardım göndərib”.

Müraciətdə nəzərə çatdırılıb ki, COVID-19 pandemiyasının başlamasından bu günə qədər Azərbaycan Milli Məclisi 15 plenar iclas keçirib və pandemiyanın nəticələrini yüngülləşdirmək üçün bir sıra təcili qərarlar qəbul edib. Parlament ÜST-ün bütün zəruri məhdudiyyət və tövsiyələrini əməl edərək sosial məsafəni qorumaqla iclaslar keçirməyə davam edir. Komitə iclaslarının sayı azaldılıb və əsasən videokonfrans formatında keçirilib: “Bu çətin dövrdə Azərbaycanın Heydər Əliyev Fondu dövlət tərəfindən həyata keçirilən tədbirləri dəstəkləmək məqsədi ilə bir çox sosial aksiyalara başlayıb. Bundan əlavə, Fond pandemiyanın aradan qaldırılması üçün ÜST ilə nümunəvi əməkdaşlıq nümayiş etdirir”.

Müraciətdə vurğulanır ki, qlobal COVID-19 pandemiyası dünyanın bütün ölkələrinə mənfi təsir göstərir: “Virusla mübarizədə qazanılan təcrübə, məlumat və elmi bilikləri bölüşmək və ehtiyacı olan ölkələrə yardım göstərmək vacibdir. Yalnız qarşılıqlı dəstək, özünü qoruma və birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Biz birlikdə işləməklə böyük hədəflərə xidmət edən dövlətlər olduğumuzu nümayiş etdirməliyik. Mövcud vəziyyəti nəzərə alaraq, biz - APA-dakı Azərbaycan nümayəndə heyəti – pandemiya ilə mübarizə sahəsində təcrübəmizi bölüşmək üçün Asiya Parlament Assambleyası dövlətlərinin onlayn iclasını çağırmaq təşəbbüsü ilə çıxış etmək istərdik”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR