Slimfit
  1. ƏDƏBİYYAT

“Azərbaycan-alman danışıq kitabçası” nəşr olundu

“Azərbaycan-alman danışıq kitabçası” nəşr olundu
Sakura

Dövlət Tərcümə Mərkəzi işgüzar və turist səfərinə gedənlər, eləcə də alman dilinə yiyələnmək istəyən geniş kütlənin istifadəsi üçün “Azərbaycan-alman danışıq kitabçası” nəşr edib...

Dövlət Tərcümə Mərkəzi işgüzar və turist səfərinə gedənlər, eləcə də alman dilinə yiyələnmək istəyən geniş kütlənin istifadəsi üçün “Azərbaycan-alman danışıq kitabçası” nəşr edib.

          Alman dilinin daha asan və rahat mənimsənilməsinə xidmət edən kitabça “İlk söhbət”, “Gediş və gəliş”, “Şəhər nəqliyyatı”, “Hoteldə”, “Şəhərdə”, “Yemək və içkilər”, “Əlaqə”, “Tibbi yardım”, “Alış-veriş”, “Kino, əyləncə və istirahət”, “Gündəlik çox istifadə olunan söz və ifadələr” adlı bölümlər üzrə tərtib edilib.

          Kitabın tərtibçisi – alman dili mütəxəssisi Vüsal Abbaszadə, redaktorları –filologiya üzrə fəlsəfə doktoru, dosent Vilayət Hacıyev, humanitar elmlər üzrə mütəxəssis Stefanie Matzer (Avstriya), dil və kommunikasiya üzrə magistrant, sənətşünas Lisa Brandt (Almaniya) və filologiya üzrə mütəxəssis Şəfiqə Quliyevadır.

          Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

                    Kitabı aşağıdakı mağazalardan əldə etmək olar:

“Libraf”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR