Slimfit
  1. İDMAN

Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində üç medal qazandı, iki rekordu yenilədi

Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində üç medal qazandı, iki rekordu yenilədi
Sakura

Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində üç medal qazandı, iki rekordu yenilədi

Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində üç medal qazandı, iki rekordu yenilədi

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında keçirilən dünya birinciliyində 3 medal qazanıb.

Report”un məlumatına görə, 73 kq-da mübarizə aparan idmançı birdən qaldırmada 136 kq-ı ram edib və bu hərəkətdə ikinci yeri tutub.

Qazaxın “Göyəzən” ağır atletika klubunun təmsilçisi təkanla qaldırma hərəkətində isə 167 kq-ın öhdəsindən gələrək, eyni nəticəni təkrarlayıb.

Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Yaşar Karacaya aid 163 kq-lıq Avropa rekordunu yeniləyib.

Toplamda 303 kq (136+167) nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada dünya birinciliyinin gümüş medalını sahib çıxıb. Alməmmədov bu nəticə ilə rumıniyalı Yonut Donoseyə aid 300 kq-lıq rekordu da geridə qoyub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR