Azərbaycan 2661 km yola, 90 körpüyə nəzarət edə bilmir
Bu gün - 22 fevral avtomobil yolları işçilərinin peşə bayramı günüdür.
Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir.
Qeyd edək ki, agentliyin balansında ümumi istifadədə olan 17542,6 km uzunluqda avtomobil yolu var ki, onun da 4385 km-i respublika əhəmiyyətli, 13157,6 km-i isə yerli əhəmiyyətlidir. Bu yollardan 2661 km-i hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb.
Cəmiyyətin balansında 1316 ədəd körpü var. 90 körpü işğal olunmuş ərazilərdə yerləşir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət