Slimfit
  1. AZƏRBAYCAN

“Azərbayacanda avtomobillərin 50 faizi texniki tələblərə cavab vermir”- Ekspert

“Azərbayacanda avtomobillərin 50 faizi texniki tələblərə cavab vermir”- Ekspert
Sakura

“Azərbayacanda avtomobillərin 50 faizi texniki tələblərə cavab vermir”- Ekspert

Son zamanlar yol qəzalarının sayının sürətlə artmasının şahidi oluruq. Baş verən qəzalarda ölüm halları da çoxalır. Qəzaların baş verməsinə əsas səbəb kimi diqqətsizlik və yüksək sürət  göstərilsə də, bu hadisələrdə ölüm hallarının artma hallarının əksəriyyəti köhnə, standartlara uyğun olmayan avtomobillərin payına düşür. Qəza hallarının azalması və standartlara uyğun olmayan, köhnə avtomobillərin yenilənlənməsi üçün hansı addımlar atılmalıdır?

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib ki, qəzaların artmasında mövsümün az da olsa təsiri var: “Yay vaxtı yollarda hərəkətlilik artır. Rayonlara, istirahət yerlərinə gedib-gələnlərin sayında artım olur.Yayda kənd təsərrüfatı məhsullarının satışı ilə rayonlardan Bakıya və əksinə hərəkət edənlər çoxalır. Ümumən, dünyanın hər yerində belədir ki, yay vaxtı yollarda hərəkətlilik artır. Yollarda hərəkətliliyinin çoxalması qəza riskinin artmasına və qəzaların baş verməsinə səbəb olur. Amma ümumi səbəblər hərzamankı kimi qalır. Bizim ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə dair 2018-ci ilin dekabr ayında bir proqram qəbul olunub. O proqramda göstərilir ki, yol-nəqliyyat hadisələrinin səbəbləri araşdırılmalıdır. Hər bir səbəblər üzrə araşdırma aparılmalı və problem aradan qaldırılmalıdır”.

Ekspert bildirib ki, Azərbaycan yollarında baş verən hadisələrin bir neçə tipik səbəbi var: “Birinci insan amilidir, insan amili deyəndə yol hərəkəti iştirakçılarının diqqətsizliyi, intizamsızlığıdır. İkinci yol hərəkəti təhlükəsizliyinin təşkilində və idarəsində olan vəzifəli şəxlərin müəyyən boşluğudur. Daha sonra həkətin təşkilində olan problemlərdir, nişanların düzgün seçilməməsi, svetoforların düzgün tənzimlənməməsi və s.  Qəzalarda sürücünün diqqətsizliyi ilə yanaşı,  yolların vəziyyəti də böyük önəmə sahibdir. Sürücülərimiz diqqətli olmaldır, yol-hərəkət qaydalarına maksimum dərəcədə riayət etməlidir. Hərəkəti təşkil edən qurumlar diqqətli olmalıdırlar, yolun vəziyyəti ideal olmasa da, istismar üçün yararlı olmalıdır”.

Ərşad Hüseynov deyib ki, qəzaların artmasının başqa və ən önəmli səbəblərindən biri də avtomobil parkının vəziyyəti ilə bağlıdır: “Yük avtomobillərin iştirakı ilə ağır qəzaların baş verdiyi barədə məlumat alırıq. Baxırsan ki, istifadə olunan yük avtomobilində yükdaşıma qaydaları kobud şəkildə pozulub, həddindən artıq yüklənmə var və digər səbəblər. Elə avtomobil var ki, onun təhlükəsizlik tədbirləri müvafiq tələblərə uyğun olmur. Avtomobillərin sükan sistemində, əyləc sistemində problemlər olur, sürücülərin kiçik diqqətsizliyi böyük faciələrə səbəb olur”.

Hüquqşünasın sözlərinə görə, avtomobil parkımız da arzulanan səviyyədə deyil. “Bu da yol-nəqliyyat hadisələrinin çox olmasına, ən başlıcası nəticənin ağır olmasına gətirib çıxarıb. Saz vəziyyətdə, müasir avtomobil olsa kiçik xəsarətlərlə can qurtarmaq olar. Hər bir halda burada bütün istiqamətlərdə işlər görülməlidir”.

Ə.Hüseynov deyib ki, dövlət proqramda müddəalar var, o müddəalardan biri də nəqliyyat parkının texniki vəziyyətinin yaxşılaşdırılmasına yönəlib: “Bu, dünyanın hər bir yerində keçilmiş mərhələdir. Avtomobillər üçün texniki tələblər var, həmin tələblərə riayət olunmalıdır. Texniki tələb standarlarda olur və texniki baxış zamanı üzə çıxarılır. Hal-hazırda Azərbayacanda istifadə olunan avtomobillərin 50 faizə yaxını müasir texniki tələblərə cavab vermir, daha aşağı göstəricilərə malikdir. Bu istiqamətdə də dövlət proqramında, istifadəyə yararsız avtomobillərin utilizasiya ilə bağlı plan hazırlanr. Düşünürəm ki, onu icra etmək lazımdır”.

Ekspert bildirib ki, hazırkı dövrdə avtomobillərin utilizasiyası ilə bağlı radikal qərar qəbul etmək doğru olmaz: “Hərdən ekoloqlar səsləndirir ki, dizel mühərrikli avtomobillər yığışdırılmalıdır. Bu belə olmamalıdır, bunun qarşılığında həmin yığışdırılacaq avtomobillərin yükünü götürə biləcək digər avtomobillərin istismara çıxarılması stimullaşdırılmalıdır. Ona görə də dövlət proqramını ləngitmədən hazırlatmaq lazımdı. Elə etmək lazımdır ki, tədricən köhnə avtomobillər yeniləri ilə əvəzlənsin. Cəmiyyət də, dövlət orqanları da qarşılıqlı iş görə bilsələr, avtomobil parkı yenilənər. İndiki iqtisadi vəziyyətdə hansısa radikal addım atmaq doğru olmaz”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR