Dərc edildi: Baxış sayı: 580
Azər Paşa Nemət: “Afaq Bəşirqızının fikirləri məni maraqlandırmır"
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət Xalq artisti Afaq Bəşirqızının onun haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.
APA-nın məlumatına görə, Azər Paşa Nemət jurnalistlərə açıqlamasında deyib ki, A. Bəşirqızının fikirləri onu maraqlandırmır.
“Mən onun dediklərinə fikir vermirəm”, - deyə o vurğulayıb.
Sədr A. Bəşirqızının Azərbaycan Teatr Xadimləri İttifaqının bu gün keçirilən konfransını yarımçıq tərk etməsindən xəbərsiz olduğunu qeyd edib.
Xatırladaq ki, Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Neməti Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət