Slimfit
  1. SİYASƏT

Azay Quliyev: Fransanın siyasəti Cənubi Qafqazın təhlükəsizliyinə xələl gətirir

Azay Quliyev: Fransanın siyasəti Cənubi Qafqazın təhlükəsizliyinə xələl gətirir
Sakura

Azay Quliyev: Fransanın siyasəti Cənubi Qafqazın təhlükəsizliyinə xələl gətirir

Fransanın siyasəti Cənubi Qafqazda onsuz da kövrək olan sülhə xələl gətirir.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev ATƏT PA-nın Vyanada keçirilən qış sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransa hökuməti İrəvana silah tədarükü ilə bağlı yeni sövdələşmələr vəd edərək Ermənistanı hərbiləşdirmək siyasəti aparır:

“Fransanın bu siyasəti yalnız regionda onsuz da kövrək olan sülh və təhlükəsizliyə xələl gətirir, Bakı ilə İrəvan arasında normallaşma prosesinə ciddi şəkildə mənfi təsir göstərir. Buna görə də belə siyasətə son qoyulmalıdır”.

A.Quliyev vurğulayıb ki, fransalı deputatların Azərbaycana qarşı iddiaları əsassızdır və Ermənistanın hərbiləşdirilməsinə dəstək vermək üçün sadəcə bəhanədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR