Dərc edildi: Baxış sayı: 375
Azarkeşlərin Xankəndiyə aparılacağı vaxt dəqiqləşdi
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib.
Bununla bağlı “Bakı Metropoliteni”nin iş qrafiki də dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” - MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır.
Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da metronun “Koroğlu” stansiyasından Xankəndiyə yola düşəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət