Dərc edildi: Baxış sayı: 569
Azarkeşlərin əvəzinə tribunalarda manekenlər “oturacaq”
Dünyada koronavirus pandemiyası ilə əlaqədar kütləvi idman yarışlarının keçirilməsinə fasilə verilsə də, Belarusda belə qadağa tətbiq edilməyib.
REN TV xəbər verir ki, Belarusun Brest şəhərini təmsil edən “Dinamo” futbol klubunun rəhbərliyi futbol üçün darıxan azarkeşlərə virtual iştirak imkanı yaradıb.
Belə ki, bilet əldə edən azarkeşin özü tribunalara gələ bilməsə də, onun əyləşdiyi oturacağı manekeni və fotosu dolduracaq.
Bu cür biletin qiyməti 25-86 ABŞ dolları (42,5 - 146,2 manat) arasında dəyişir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət