Dərc edildi: Baxış sayı: 606
Azarkeşlər Ronalduya görə 'Yuventus'dan təzminat tələb edirlər
Cənubi Koreyadan olan bir qrup azarkeş İtaliyanın "Yuventus" klubundan təzminat tələb edirlər.
"Report" BBC-yə istinadən xəbər verir ki, buna səbəb Turin təmsilçisinin ulduz futbolçusu Kriştianu Ronaldunun bu ölkənin K-Liqasında çıxış edən futbolçulardan təşkil olunmuş komandası ilə yoldaşlıq görüşündə meydana çıxmamasıdır.
Fanatlar bunun üçün 50 milyon avro məbləğində təzminat istəyirlər. Daha öncə həmin matçın təşkilatçılarının da klubu eyni səbəbdən məhkəməyə verə biləcəyi bildirilib.
Qeyd edək ki, görüş 3:3 hesabı ilə yekunlaşıb. Qarşılaşmadan sonra Koreya Liqasının rəhbərliyi Ronaldu matçda iştirak etmədiyi üçün azarkeşlərdən üzr istəyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət