Dərc edildi: Baxış sayı: 484
Azarkeşlər Çexin Bakıda meydana çıxmasını istəmir
İngiltərənin "Arsenal" klubunun azarkeşləri Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında qapıçı Petr Çexin oynamamasını tələb edirlər.
“Qafqazinfo” xəbər verir ki, səbəb 37 yaşlı qolkiperin cari mövsüm karyerasını başa vurandan sonra digər finalçı "Çelsi"yə qayıtmasıdır.
Fanatlar çexiyalı oyunçunun əvəzinə həlledici matçda almaniyalı Bernd Lenoya şans verilməsini istəyirlər.
Qeyd edək ki, İngiltərə mətbuatı Petr Çexin "Çelsi"nin idman direktoru olacağını yazıb. 2015-ci ildən "topçular"ın formasını geyinən təcrübəli oyunçu 2004 - 2015-ci illərdə "Çelsi"nin şərəfini qoruyub. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət