AZAL uçuş zamanı sərnişinlərə ən dadlı yemək təklif edən aviaşirkətlər üçlüyünə daxil olub
“Azərbaycan Hava Yolları” (AZAL) uçuş zamanı sərnişinlərə ən dadlı yemək təklif edən aviaşirkətlər üçlüyünə daxil olub.
AZƏRTAC xəbər verir ki, Rusiyanın “tutu.ru” səyahətlər servisi sərnişinlərə dadlı yemək təklif edən xarici aviaşirkətlərin reytinqini tərtib edib. “Vedomosti” qəzetinin yazdığına görə, servis ötən ilin aprelindən bu ilin aprelinədək olan müddətdə 27 min 500 sərnişinin rəyini öyrənərək 10 xarici aviaşirkəti müəyyən edib.
İlk üçlüyə “Uzbekistan Havo Yullary”, “Azərbaycan Hava Yolları” və “Turkish Airlines” daxil olub.
Sərnişinlər “Azərbaycan Hava Yolları”nda menyuya tərəvəz salatı, fındıq, şirniyyat və şərab daxil edilməsini bəyəniblər.
Onluğa, həmçinin Almaniyanın “Lufthansa”, Qazaxıstanın “Air Astana”, Gürcüstanın “Georgian Airways”, Yunanıstanın “Ellinair” və “Aegean Airlines”, Tacikistanın “Somon Air”, Moldovanın “Air Moldova” şirkətləri də daxildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət