Slimfit
  1. AZƏRBAYCAN

AZAL mülki təyyarə komandirinin davranışını araşdırır

AZAL mülki təyyarə komandirinin davranışını araşdırır
Sakura

AZAL mülki təyyarə komandirinin davranışını araşdırır

 AZAL Aviasiya Şirkətinin komandiri bir neçə dəfə sərnişin salonuna keçmək və tanışı ilə söhbət etmək üçün təyyarə kabinini tərk edib. Pilot Tahir Zərbəliyevin Bakı-Moskva reysi sərnişinlərinin narazılığına səbəb olan bu davranışı haqqında məlumat Rusiyanın lenta.ru saytında dərc edilib. Elə həmin saytda sərnişinin çəkdiyi video yerləşdirilib. Görüntülərdə pilot Zərbəliyevin biznes-klass salonunda dayanaraq sərnişinlə yüksək səslə zarafat və söhbət etdiyi  görünür.

Şahidlərin sözlərinə görə, uçuş zamanı layner hava boşluqlarına düşüb, amma bu da gəmi komandirinin xidməti kabinindən çıxmasına əngəl olmayıb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Turan-a bildirib ki, dərc edilmiş informasiyanın və videogörüntülərin xidməti araşdırması aparılır. Araşdırmanın yekunlarına görə tədbirlər görüləcək.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, təyyarə avtopilot rejimində uça bilər, amma pilotlar üçün icbari olan təlimat qaydaları var. Araşdırma gəmi komandirinin hərəkətlərinin qanuna uyğun olub-olmadığını göstərəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR