Slimfit
  1. AZƏRBAYCAN

AZAL dünyanın daha 14 şəhərinə uçuş təşkil edəcək

AZAL dünyanın daha 14 şəhərinə uçuş təşkil edəcək
Sakura

AZAL dünyanın daha 14 şəhərinə uçuş təşkil edəcək

Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu ilin ilk 8 ayı üzrə fəaliyyətinin yekunları və payız-qış mövsümünə hazırlığı üzrə müşavirə keçirilib.

 

AZAL-dan Faktxeber.com-a verilən məlumata görə, müşavirədə yaxın gələcək üçün vəzifələr və perspektivlər müzakirə olunub. 

 

Qeyd olunub ki, sərnişin daşımaları sahəsində prioritet vəzifələrə Bakıdan Tokio, Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə və digər iri şəhərlər kimi yeni istiqamətlərin açılışı daxildir.

 

AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə çıxışında qeyd edib ki, son illər ərzində aviaşirkət göstəricilərini xeyli artırıb və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Bu il AZAL nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusunu doğruldub və Böyük Britaniyanın “Skytrax” agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılıb. Gələn ildən başlayaraq aviaşirkətin donanmasına yeni nəsil “Boeing 737 MAX” təyyarələrinin əlavə olunması onun marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək.

 

Öz növbəsində, “Buta Airways” (AZAL-ın struktur bölməsi) aşağıbüdcəli aviaşirkətinin direktoru Nazim Səmədov bildirib ki, uçuşların birinci ili ərzində loukosterə həm yerli əhali, həm də xarici turistlər tərəfindən yüksək tələbat olub. Bu yaxınlarda loukoster iki yeni istiqamətə - Alanya və İzmirə yeni reyslər açıb. Təyyarə parkının genişlənməsi ilə – yaxın vaxtlarda iki yeni “Embraer 190”təyyarəsinin gətirilməsi gözlənilir – bu istiqamətdə işlər davam etdiriləcək.

 

AZAL-ın prezidenti Cahangir Əsgərov öz yekun çıxışında vurğulayıb ki, rəhbərlik etdiyi şirkət, “Buta Airways” və “Silk Way Airlines” aviaşirkətləri yaxşı artım dinamikası göstərir vəhab formalaşdıran həlqə kimi bu şirkətlərin fəaliyyəti nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımaları sahəsində regionun şəriksiz liderinə çevrilib.

 

Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportu“Skytrax” şirkəti tərəfindən maksimal 5 ulduz statutusuna layiq görülərək və dünyanın bu statusa malik doqquzuncu hava limanı olaraq, bu il yüksək beynəlxalq səviyyədə tanınıb. Cari ilin 8 ayında Bakı hava limanı 3,08 mln. sərnişinə xidmət göstərib ki, bu da regiondakı bütün digər aeroportların göstəricilərini üstələyir. Müqayisə üçün: bu dövrdə Tbilisiaeroportu 2,565 mln. sərnişinə xidmət göstərib, Yerevan və Gümrü hava limanlarının ümumi sərnişin dövriyyəsi isə 1,873 mln. nəfər təşkil edib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin böyük bir yük habıdır. Böyük İpək Yolunun bir hissəsi kimi o, Asiya, Avropa və digər qitələr arasında yük daşımalarında tranzit məntəqəsidir. Hazırda “Silk Way West Airlines” yük aviadaşıyıcısının təyyarə parkının genişləndirilməsi, xüsusilə donanmaya yeni “Boeing 777-F”təyyarələrinin əlavə olunması üzrə danışıqlar aparılır.

 

C.Əsgərov AZAL-ın bütün struktur bölmələrinin göstəricilərinin müntəzəm monitorinqinin aparılmasına, şərəfli və məsuliyyətli vəzifə olanyeni tipli “Boeing 737 MAX” и “Boeing 777-F” təyyarələrini öyrənməsi üçün uçuş heyətinin hazırlığına tapşırıq vermişdir. Təbii ki, bütün bu vəzifələr uçuşların yüksək təhlükəsizlik səviyyəsinə uyğun olmalıdır.

 

“Rəsmən bəyan edirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun qapıları bütün aviaşirkətlər üçün açıqdır, biz əlçatanıq və hər biristəyi yerinə yetirməyə hazırıq. Yaxın və uzaq xaricdən aviaşirkətləri xidmətlərin bütün spektrini ən yüksək səviyyədə təklif edən bizim gözəl Heydər Əliyev Beynəlxalq Aeroportuna uçmağa dəvət edirəm", - deyə AZAL prezidenti bildirib.

 

O qeyd edib ki, yeni reyslərin açılması nəzərə alınmaqla, 2020-ci ilin sonuna Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi ildə 7 mln. sərnişindən artıq olmalıdır: “Bu, bizim prioritet vəzifəmizdir və biz onu yerinə yetirməliyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR