Slimfit
  1. İQTİSADİYYAT

AZAL Çinə bilet alan sərnişinlərə xəbərdarlıq edib

AZAL Çinə bilet alan sərnişinlərə xəbərdarlıq edib
Sakura

AZAL Çinə bilet alan sərnişinlərə xəbərdarlıq edib

Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) martın 28-dək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər.

AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə “callcenter@azal.az” elektron poçt ünvanı və yaxud qurumun saytındakı əks əlaqə forması vasitəsilə müraciət edə bilərsiniz: “https://help.azal.az/hc/az/requests/new”

Qeyd edək ki, AZAL hər il fevralda Bakı-Pekin-Bakı marşrutu üzrə reysləri müvəqqəti dayandırır. Bu, Çində bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur. Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevraldan Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR