Slimfit
  1. CƏMİYYƏT

Azadlıq meydanındakı "Formula-1"ə aid tikili və qurğular tam sökülüb

Azadlıq meydanındakı "Formula-1"ə aid tikili və qurğular tam sökülüb
Sakura

Azadlıq meydanındakı "Formula-1"ə aid tikili və qurğular tam sökülüb

Bakıda 2020-ci ildən bağlanan Azadlıq meydanı açılıb.

"Ens.az" “Modern”a istinadla  xəbər verir ki, burada "Formula-1" üzrə milli Qran-prinin keçirilməsinə xidmət edən qurğular tamamilə sökülüb və ərazidən yığışdırılıb.

Qeyd edək ki, hər il keçirilən "Formula-1" yarışları başa çatandan sonra Bakı Şəhər Halqası ətrafında təhlükəsizlik məqsədilə quraşdırılmış beton baryerlər sökülsə də, Azadlıq meydanındakı tikiliyə toxunulmur və növbəti ilə saxlanılırdı.

Xatırladaq ki, ilk yarış 2016-cı ildə keçirilib, amma 2018-ci ildə Azadlıq meydanındakı qurğular sökülüb və meydanda cümhuriyyətin 100 illiyi münasibətilə hərbi parad keçirilib. 2020-ci il dekabrın 10-da Azadlıq meydanında Qələbə paradı keçirilərkən də buradakı tikililər sökülüb.

Bundan sonra yenidən quraşdırılan qurğular sökülmürdü, indi isə həmin qurğular bir daha bütünlüklə sökülüb və Azadlıq meydanı tam şəkildə boşaldılıb.

Məlumata görə, Azadlıq meydanında aparılan təmizlik işləri 11-22 noyabr tarixləri aralığında Bakıda keçiriləcək COP29 tədbiri ilə əlaqədardır.

Azadlıq meydanı Bakının ən böyük meydanıdır, 1952-ci ildə şəhərin mərkəzində Hökumət Evinin tikintisindən sonra, onun qarşısında geniş meydan salınıb. 1960-cı ildə meydanın qarşısında Leninin heykəli ucaldılıb və meydana Leninin adı verilib.

İlk dəfə 1988-ci ilin meydan hadisələri zamanı Lenin meydanı Azadlıq meydanı adlandırılıb. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanında Sovet hökumətinin Azərbaycana qarşı apardığı siyasətə etiraz əlaməti olaraq ölkə ictimaiyyətinin mitinqi başlanıb.

20 Yanvar hadisələrindən sonra isə meydanın yeni adı xalq tərəfindən birmənalı qəbul edilib, daha sonra isə rəsmiləşdirilib. Hökumət evinin qarşısındakı Leninin nəhəng heykəli aşırılıb və onun yerində Azərbaycan bayrağı dalğalandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR