Slimfit
  1. AZƏRBAYCAN

Azad Rəhimov BMT-də gənclərin məşğulluğu ilə bağlı təklif verib

Azad Rəhimov BMT-də gənclərin məşğulluğu ilə bağlı təklif verib
Sakura

Azad Rəhimov BMT-də gənclərin məşğulluğu ilə bağlı təklif verib

ABŞ-ın Nyu-York şəhərində BMT-nin baş qərargahında 8-ci İqtisadi və Sosial Şurası gənclər forumu keçirilib. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, BMT İqtisadi və Sosial Şurasının prezidenti  İnqa Rhonda King, Baş Assambleyanın prezidenti Maria Fernanda Espinosa Garces, BMT baş katibinin gənclər üzrə xüsusi nümayəndəsi Jayathma Vickramanayake və digər rəsmilərin qatıldığı forumda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edib.

Nazirlərin, rəsmilərin, gənclər sahəsinə məsul nümayəndələrin qatıldığı forumda “Gənclik 2030: Gənclərlə və gənclər üçün işləmək”, “Gənclərin İnkişafına İnvestisiya: Maliyyələşdirmə və digər tətbiq vasitələri” və digər mövzular ətrafında fikir mübadilələri aparılmış, gələcək planlar müzakirə edilib. 

A.Rəhimov bildirib ki, 2030 Gündəliyinin realizəsi üçün dövlət könüllülərin sayının artırılması, könüllülük fəaliyyətinin inkişafı, könüllülərə dəstək verilməsi üçün mühüm addımlar atır: "2018-ci ilin may ayından start götürən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilən 17 gənc səfirin Azərbaycanda təqdimat və mükafatlandırma mərasimi də baş tutub. BMT modeli gənclər üçün yeni biliklərin əldə olunması, tənqidi yanaşma, motivasiya istiqamətində seçim, təlim və effektiv inkişaf mexanizimdir".

Nazir Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən zəbt edildiyini və öz yurd-yuvalarından didərgin düşən insanların böyük əksərriyyətinin məhz gənclər olduğunu bildirib. O, Minilliyin İnkişaf Məqsədləri (2000-2015) və Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) (2016-2030) proqramlarının həyata keçirilməsindən öncəki mərhələdə ölkənin əldə etdiyi uğurlardan, qarşıya qoyulan məqsədlərdən, görülən işlərdən və proqramlardan irəli gələn öhdəliklərdən danışıb. 

A.Rəhimov BMT-nin çətiri altında sadəcə görüşlərin və müzakirələrin aparılması deyil, gənclərin məşğulluğunun təmin olunması istiqamətində real işlərin görülməsi məqsədi ilə xüsusi koordinasiya komissiyasının yaradılması təklifini irəli sürüb.

Bununla yanaşı, ABŞ-a səfəri çərçivəsində nazir Azad Rəhimov BMT-nin baş katibinin gənclər üzrə elçisi Jayathma Vickramanayake, BMT İqtisadi və Sosial Şurasının prezidenti xanım İnqa Rhonda King, Serbiyanın gənclər və idman naziri Vanja Udovicic, Rusiya nümayəndə heyətinin BMT İqtisadi və Sosial Şurasında rəhbəri, gənclər siyasəti üzrə Federal Agentliyin nümayəndəsi Aleksandr Bugayev, Ukraynanın gənclər və idman naziri İqor Jdanov, Avstriyanın ailə məsələləri üzrə naziri Yuliane Boqner-Ştrauss, Əfqanıstanın gənclər məsələləri üzrə nazir müavini Kamal Sadat ilə görüşlər keçirib. 

Görüşlərdə gənclərin məşğulluğu sahəsində informasiya mübadiləsi aparılmış, qarşılıqlı layihələr haqqında danışılıb və eyni zamanda, Rusiya və Azərbaycan arasında “Tələbə baharı” və digər layihələrin realizəsi mövzuları müzakirə olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR