Slimfit
  1. CƏMİYYƏT

Azad olunmuş ərazilərdə işləmək istəyənlərin diqqətinə

Azad olunmuş ərazilərdə işləmək istəyənlərin diqqətinə
Sakura

Azad olunmuş ərazilərdə işləmək istəyənlərin diqqətinə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.

ANAMA-dan Axar.az-a bildirilib ki, namizədlər ali və ya orta ixtisas tibb təhsilli olmalı, müvafiq sahədə bir ilə qədər iş stajı olmalıdır.

Qeyd olunub ki, çalışdığı müddətdə işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.

Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizəni, şəxsiyyət vəsiqəsinin, təhsilə dair sənədlərin (attestat, diplom, sertifikat, arayış və s.) və əmək kitabçasının surətlərini [email protected] ünvanına göndərə bilərlər.

Sənəd qəbulu avqustun 15-dək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün 805 - qaynar xəttinə müraciət edilə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR