Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Aytəkin Məmmədov İsrayıl oğlu

Aytəkin Məmmədov İsrayıl oğlu
Sakura

DOĞUM TARİXİ: 29/05/1967 VƏFAT TARİXİ: 01/04/1991

29 may 1967-ci ildə Gədəbəy rayonunun Göyəli kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbin birinci sinfinə getmiş və 1984-cü ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il texniki-peşə məktəbində rəngsaz peşəsinə yiyələnmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış və Əfqanıstan   müharibəsində iştirak etmişdir. 1987-ci ildə hərbi qulluğunu başa vurduqdan sonra Bakıya gələrək tikinti idarəsində öz peşəsi üzrə işləməyə başlamışdır.

Erməni yaraqlıları Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayanda o, bərk nigarançılıq keçirirdi. Silaha sarılıb Vətən torpağını düşməndən müdafiə etmək üçün o, 1991-ci ilin fevral ayında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə daxil olur. Əfqanıstan döyüşlərində qazandığı təcrübə öz doğma torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə onun karına gəlir.

A.Məmmədov 1991-ci ilin aprel ayında Xanlar rayonunun erməni yaraqlıları tərəfindən hücuma məruz qalan kəndlərinə ezam olunur. Rayonun Quşçu kəndi də bu sırada idi. Düşmən, demək olar ki, bu kəndi hər gün atəşə tutur, camaatı vahimə içində saxlayırdı. Aytəkin döyüş yoldaşları ilə kəndin qırağında özünə mövqe seçir. Düşmənin isə hücumları ara vermirdi. Aytəkin pulemyotu işə salaraq, erməniləri geri çəkilməyə məcbur edir. O, bu döyüşdə ağır yaralanır. Bu onun son döyüşü olur. O, gözlərini bir qəhrəman kimi əbədi yumur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Göyəli kənd qəbristanlığında dəfn edilmişdir.

Göyəli kənd orta məktəbi onun adını daşıyır. Büstü qoyulmuşdur.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR