Dərc edildi: Baxış sayı: 491
Aysel Fərziyevaya yeni vəzifə verildi
Qida Təhlükəsizliyi Agentliyinin keçmiş mətbuat katibi, tanınmış aparıcı Aysel Fərziyeva yeni vəzifəyə təyinat alıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, o, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
A.Fərziyeva 2018-ci ildən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, AQTA sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət