Dərc edildi: Baxış sayı: 245
AYNA nişanlanma işlərinə 8 milyon ayırır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 milyonluq müsabiqə elan edib.
Ens.Az-ın tempinfo.az-a istinadən məlumatına görə, dövləq qurumu yeni təmir olunan küçə və prospektlərdə nişanlanma işləri ilə əlaqədar 8 milyon 81 min 551 manat 55 qəpik xərcləyəcək.
Belə ki, AYNA ayırdığı vəsaitlə razılaşacağı şirkətdən əsasən dirəklər, aliminium lövhələr və nişanlar alacaq.
Saylarına gəldikdə isə müvafiq işlərlə bağlı təxminən 30 mindən çox material alınacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət